Icma.az
close
up
RU
İki dəfə xərçəngə qalib gəlibmiş Ötən gecənin ulduzu...

İki dəfə xərçəngə qalib gəlibmiş Ötən gecənin ulduzu...

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gecə Çempionlar Liqasında keçirilən “İnter” - “Barselona” matçı uzun müddət futbol azarkeşlərinin yaddaşından silinməyəcək. Meydanda amansız mübarizənin getdiyi matçda italyanlar finala vəsiqəni qazana bildilər.

“Qafqazinfo” xəbər verir ki, ilk hissədə qazandıqları 2:0-lıq üstünlüyü ikinci hissədə əldən verən milanlılar 2:3 hesabla geri düşmələrinə baxmayaraq, 90+3-cü dəqiqədə 37 yaşlı Françesko Açerbinin qolu ilə bərabərliyi bərpa etdilər. Əlavə olunmuş dəqiqələrdə isə Frattezinin qolu ilə həlledici qarşılaşmaya yollandılar. 

Komandanı məğlubiyyətdən xilas edən Açerbi isə könülləri fəth edərək Çempionlar Liqası karyerasında ilk qolunu vurdu. Və bu qol komandası üçün ən vacib qollardan biri oldu. 

37 yaşlı müdafiəçi ilə bağlı faktlar isə kifayət qədər maraqlıdır. Françesko Açerbi futbola qapıçı kimi başlayıb, sonra hücumda oynayıb. Kifayət qədər qol da vururmuş. Yekunda məşqçiləri ondan yaxşı müdafiəçi alınacağına qərar veriblər. Bir çox klublarda az-az oynadıqdan sonra 2013-cü ildə “Sassuolo” klubuna keçir. Burada əsas müdafiəçilərdən birinə çevrilir. 

Elə həmin il onda xərçəng xəstəliyi olduğu üzə çıxır. Açerbi “Sassuolo”ya keçərkən tibbi baxış zamanı onun xəstəliyi üzə çıxıb. Şiş iyul ayında cərrahiyyə əməliyyatı ilə götürülüb.

Lakin həmin ilin dekabrında keçirilən dopinq testi zamanı futbolçuda hormonların səviyyəsinin yüksək olduğu üzə çıxıb. Sonradan məlum olub ki, bu, xərçəng xəstəliyi ilə bağlıdır. Açerbi yenidən müalicə kursu keçib və sağalıb. O, iki dəfə xərçəng xəstəliyinə qalib gəlməyi bacarıb. 

Açerbi xəstəliyi haqqında bunları danışıb: “Bütün bu müddət ərzində azarkeşlərin, komanda yoldaşlarımın və dostlarımın dəstəyi sayəsində gülümsəyə bilirdim. Əgər mənim valideynlərim necə narahatlıq keçirdiyimi görsəydilər, bu, hamısından dəhşətli olacaqdı. Onda onlar mənə lazım olan gücü verə bilməyəcəkdilər”.

2018-ci ilə qədər “Sassuolo”da oynayan müdafiəçi daha sonra “Latsio”ya keçir. Hazırkı baş məşqçisi Simone İnzaqi ilə yolları da məhz burada kəsişir. Tüfeyli həyat tərzi sürən futbolçunun potensialını fərq edən İnzaqi onun çatışmızlıqlarını aradan qaldıra bilir. Françesko romalıların heyətində yavaş-yavaş top müdafiəçiyə çevrilir. Ötən gecə isə Çempionlar Liqasında komandası üçün xərçəngdən xilas olmaq qədər vacib qola imza atır. Münhendə keçiriləcək finalın qapılarını ilk məhz Açerbi açır. 

Açerbi bu qolu vurmaqla baş məşqçisinin ona güvənini doğruldur və onun borcundan çıxır. 

“İnter”lə bağlı maraqlı məqam komandanın heyətində yaşı 35-dən çox olan futbolçuların qəhrəmana çevrilməsidir. Ötən gecə komandanı bir neçə real qoldan xilas edən, 7 seyvlə matçın ən yaxşısı seçilən qolkiper Yan Zommer də klubun tarixinə düşdü. 

Maraqlıdır ki, “İnter” 2023-cü ildə komandanın əsas qapıçısı Andre Onananı “Mançester Yunayted”ə 50 milyon avroya satır. Əvəzində “Bavariya”da ikinci qapıçı sayılan Yan Zommer üçün 5 milyon ödəyir. 33 yaşında milanlıların heyətinə transfer edilən qolkiper isə ona edilən inamın qarşılığını artıqlaması ilə verir.

Elsevər Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 May 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri