Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

İki dövləti olan bir millətik, gərək duyulan zaman dünyaya bir dövlət olduğumuzu da göstərərik

İki dövləti olan bir millətik, gərək duyulan zaman dünyaya bir dövlət olduğumuzu da göstərərik

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

4 dekabr tarixində paytaxt Bakıda yerləşən Türk Ticarət Mərkəzində UİD Azərbaycanın təqdimat mərasimi keçirilib.

Bizimyol.info xəbər verir ki, UİD Azərbaycan təqdimat tədbirinin açılışı Rüfət Nadirli tərəfindən başladılıb. Araz Abdullayevin Quran-i Kərim tilavətinin ardından 44 günlük Qarabağ müharibəsi və Türk Dünyası şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin milli marşları səsləndirilib.

2004-cü ildən fəaliyyət göstərən UİD-in fəaliyyətindən bəhs edən videoçarx teqdim olunub.

UİD Azərbaycan sabiq Bölgə Başqanı Könül İbrahimova qonaqları salamladı və tədbirin rəsmi açılış çıxışı edib: "Hər şey tanıtımdan başlayır. Biz də özümüzü tanımalı, tanıtmalıyıq. Bu gün UİD Azərbaycan Bölgə Başqanlığının təqdimat günüdür. İllərlə müxtəlif istiqamətlərdə uğurlu işlərimiz oldu. Müqəddəs məqsədlər uğrunda mübarizəmiz davam edəcək".

UİD Azərbaycanın yeni Bölgə Başqanı Cengiz Aygörür çıxışına rəsmi protokol və qonaqları salamlayaraq başlayıb və UİD Azərbaycanın fəaliyyətə başlamasından qürur duyduğunu vurğulayıb. Azərbaycan-Türkiyə birlik və bərabərliyi istiqamətində rəsmi qurumlar ictimai birliklər, iş insanları və könül dostları ilə uğurlu işlərə imza atılacağını qeyd edib.

UİD Kemal Hasan Aslan növbəti çıxış üçün kürsüyə dəvət olunub. Rəsmi protokolu salamlayan rəsmi nümayəndə UİD Azərbaycan Bölge Başqanlığının bugünə kimi uğurlu fəaliyyətində rol alan bütün nümayəndələrinə təşəkkür edib.

"Macarıstanda cənab cümhurbaşqanımızla görüşdüm. Bölgələrdəki nümayəndələrimizə salamlarını və hörmətlərini göndərdi. İşimizi uğurla davam etdirməyimiz üzrə öz tapşırıqlarını verdi"-deyə Kamal Hasan Aslan bildirib.

"Qərbi Avropadakı problemlərimiz buradakılardan fərqlidir. Burada qismən çətinliklərimiz var. Xüsusilə, "ekran aludəçiliyi" problemi üzrə diqqətli və koordinasiyalı fəaliyyətlə həll yolları tapacağıq. İkinci mövzu, Türkiyədən gələn tələbələrimizlə görüşlərimiz davam etməlidir. İş adamlarımız da burada iş görürlər. Gənc tələbələrimiz də böyüklərindən dəstək alaraq ehtiyaclarını, çətinliklərini həll etməlidir. Azərbaycanda yaşayan soydaşlarımızı sizə əmanət edirəm. UİD mübarizəmizin yeni ocağı olacaq"-deyə Kemal Hasan Aslan çıxışını yekunlaşdırıb.

Çıxışın ardından Könül İbrahimova və Cengiz tərəfindən Kemal Hasan Aslana xatirə hədiyyəsi təqdim olunub.

Türkiyə Cümhuriyyətinin Bakıdakı fövqəladə səlahiyyətli səfiri Cahit Bağcı növbəti rəsmi çıxış üçün kürsüyə dəvət edilib. UİD Azərbaycan Başqanlığının uğurlu fəaliyyətindən danışan səfir, birlik nümayəndələrinin Azərbaycan və Türkiyə üçün həssas mövzularda xüsusi dəstək göstərdiyini qeyd edib.

"Xarici platformalarda Türk, müsəlman və müxtəlif həssas qruplara qarşı aparılan kampaniyalarla mübarizə çox böyük önəm daşıyır. UİD Azerbaycan da bu qürurlu mübarizənin bir parçası olacaq"-deyə Cahit Bağcı bildirib.

Çıxışın yekununda Könül İbrahimova və Cengiz Aygörürdən səfir Cahit Bağcıya xatirə hədiyyəsi təqdim olunub.

Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" şeirindən misralarla rəsmi protokol çıxışına başlayan Zafer Sırakaya, dünyanın məcburi köçkün və miqrant probleminə diqqət çəkib. Türk dövlətlərində də yaşanan miqrasiya ilə bağlı çətinliklərin olduğunu bildirən deputat, Boraltan körpüsündəki hadisənin acı tarixindən təəssüfləndiyini bildirib və günümüzdə Qarabağ zəfərinin qürurunu daşıdığını vurğulayıb.

Zafer Sarıkayaya Cengiz Aygörür tərəfindən xatirə hədiyyəsi təqdim edilib.

Aparıcı Rüfət Nadirli, Mevlüt Çavuşoğlunun İkinci Qarabağ müharibəsində "Can Azerbaycan" xitabı ilə yaddaşlarda qaldığını və haqq mübarizəmizə yüksək səviyyədə dəstək verdiyini bildirib. Bu təqdimatın ardınca Mevlüt Çavuşoğlu alqış sədaları altında növbəti çıxış üçün kürsüyə dəvət olunub.

"UİD-nin yanında olacağıq, dəstəyimizi davam etdirəcəyik"-deyən Mevlüt Çavuşoğlu Azərbaycan-Türkiyə birliyinin gücləndirilməsi istiqamətində görülən işlərin böyük önəm daşıdığını qeyd edib.

Orxan Musabəyli, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Dekabr 2024 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri