İki futbolçu “Milan”dan ayrıldı
Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Milan” klubu hücumçu Joao Feliks və vinger Rikkardo Sottilin icarə müqavilələrinin başa çatması səbəbindən komandadan ayrıldığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu İtaliya klubuna 2025-ci ilin fevralında “Çelsi”dən keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 21 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Sottil “Milan”a “Fiorentina”dan icarəyə verilib. 26 yaşlı italiyalı “qırmızı-qaralar”ın heyətində 8 oyun keçirib və bu matçlarda qol vurmayıb.
2024/25 mövsümünün sonunda “Milan” 63 xalla A Seriyasında 8-ci yeri tutub.

“Milan”dan iki transfer, iki ayrılıq
04 Fevral 2025 09:06
Morata “Milan”dan nə üçün ayrıldı?
26 Fevral 2025 11:25
Altıqat İngiltərə çempionu Milan dan ayrıldı
28 İyun 2025 19:43
Milan dan ayrılan futbolçu Fransa klubunda
24 Yanvar 2025 14:43
Fransalı futbolçu “Milan”dan təklif gözləyir
13 Mart 2025 23:20

