Icma.az
close
up
RU
İki gün ərzində nəyi dəyişə bilərəm? Fernando Santuş

İki gün ərzində nəyi dəyişə bilərəm? Fernando Santuş

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Millimiz sabah beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Haitini qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, yığmamızın baş məşqçisi Fernando Santuş oyunöncəsi mətbuat konfransında iştirak edib və jurnalistlərin suallarını cavablayıb.
- Start heyətini müəyyənləşdirmisiz?
- Bəli, sabah kimlərin ilk "onbirlik"də meydana çıxacağı məlumdu.
- Komandaya yeni dəvət olunan futbolçulara şans veriləcəkmi?
- Adları açıqlaya bilmərəm. Çağırılan futbolçuların bəziləri start heyətində olacaq, bəziləri isə ehtiyat oyunçular skamyasında əyləşəcək.
- Haitiylə matç haqda fikirləriniz necədi?
- Yaxşı komandaya qarşı oynayacağıq. Keyfiyyətli futbolçulara malikdi. Rəqibi analiz etmişik. Məşqlərdə qarşı tərəfin zəif və güclü tərəflərinə əsasən lazım olan hazırlıq işlərini görmüşük. İki hücumçuyla oynayırlar. Komanda yoldaşları daim onlara ötürmə etməyə çalışır. Topu itirsələr də, yenidən qazanmağa, bütün komandayla irəli atılmağa çalışırlar. Müdafiə baxımından zəif nöqtələri də var. Bunlardan yararlanmağa çalışacağıq. Çox yaxşı məşqlər keçmişik. Əhval-ruhiyyə çox yaxşıdı. Əlbəttə, bu oyunlara görə xal verilmir. Lakin qələbə qazanmaq istəyirik. Çox vacib oyundu.
- Haiti millisinin futbolçuları fiziki cəhətdən çox güclüdü. Buna qarşı hansısa tədbir görüləcəkmi?
- İki gün ərzində nəyi dəyişə bilərəm? Kollektiv şəkildə daha güclü çıxış etməliyik. Futbol yalnız fiziki göstəricilərin üzərində qurulmayıb. Taktiki gedişlərdən istifadə etməliyik.
- Millətlər Liqasında Fransayla, yoxsa Xorvatiyayla qarşılaşmaq istərdiz?
- Nəzərə alaq ki, rəqibimiz Haitidi. İndiki durumda həmin matçın nəticəsi o qədər də önəmli deyil. Biz Haitiylə matça köklənmişik.
- İlk dəfə Novruz bayramında Azərbaycanda olduz. İndiyə qədər belə şirin təamlar yemişdiz?
- Dünən yeməklərin dadına baxmağa vaxtım oldu. Azərbaycan dünyanın ən gözəl 20 ölkəsindən biridi. Bura çox təhlükəsiz yerdi və bayramları çox rahat qeyd etmək olur.
- Haitiylə oyuna cəmi 1300 bilet satılıb...
- Premyer-liqa oyunlarını yada salsaq, ən çox azarkeş "Neftçi" - "Qarabağ" oyununda olub. Tribunalarda 9 mindən çox tamaşaçı var idi. İstərdik ki, millinin də oyunlarında çoxlu azarkeş olsun. Amma onları da başa düşmək lazımdı. Qalib gəlməyimizi istəyirlər. Belədə say baxımından artım müşahidə ediləcəyini düşünürəm.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 21.45-də başlayacaq.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Mart 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri