Icma.az
close
up
RU
İki gün əvvəl 6 qəpiyə satılırdı, indi tapılmır Yumurta qıtlığının səbəbi açıqlandı

İki gün əvvəl 6 qəpiyə satılırdı, indi tapılmır Yumurta qıtlığının səbəbi açıqlandı

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, artıq iki gündür ki, Bakıdakı supermarketlərdə yumurta qıtlığı yaşanır. (https://publika.az/news/sosial/552665.html) Bir neçə gün əvvəl yumurta 7-8, bəzi marketlərdə isə hətta 6 qəpiyə satılırdı, indi isə tapılmır. Bu vəziyyət əhali arasında bəzi şayiələri artırır. İddialara görə, anbarlarda saxlama müddətinin bitməsinə az qalmış xeyli yumurta qaldığı üçün onu ucuz qiymətə satıblar. Süni yaradılan böhranın məqsədi isə önümüzdəki günlərdə qiyməti qaldırmaqdır. Ehtimal olunur ki, yumurta 20 qəpiyə qədər bahalaşacaq.

Məsələ ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları İctimai Birliyinin (APEPEA) sədri Mürvət Həsənli Publika.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- İki gün əvvəl mağazalarda yumurtanın qiyməti 9-10 qəpikdən 6-7 qəpiyə endirildi. Anbarlarda xeyli yumurta yığılıb qaldığı və artıq vaxtı keçmək üzrə olduğu üçün bu addımın atıldığı iddia olunur. Qiymətlərin enməsinin əsl səbəbi nədir?

- Azərbaycanda yumurtanın alışı bir az zəiflədiyinə görə qiymətlər endirilib. Yəni təklif tələbi üstələyib. Bu günlərdə qiymətlərin 6-7 qəpiyə düşməsinin səbəbi bazarda yumurtanın çoxluğudur. Digər iddialar isə həqiqəti əks etdirmir. Vaxtı keçmiş məhsulların satılmasından söhbət belə gedə bilməz.

- Ucuz yumurta satılıb qurtarandan sonra iki günə yaxındır ki, mağazalarda yumurta tapılmır. İddialara görə, bu, yeni gətiriləcək yumurtanın qiymətinin qaldırılması üçün qəsdən edilib. Qıtlığın səbəbi nədir?

- Bu halın baş verməsi mümkün deyil. Hazırda anbarlarda 50 milyondan çox yumurta yığılıb qalıb. Qıtlıq halı olsaydı, qiymətlər də endirilməzdi. Önümüzdəki günlərdə də yumurtanın qıtlığı gözlənilmir. Anbarlarda kifayət qədər yumurta mövcuddur.

- Azərbaycanda yumurta istehsalı hansı səviyyədədir, daxili tələbat ödənilirmi?

- Ölkə əhalisinin süfrə yumurtasına gündəlik tələbatı 4 milyon ədəd civarındadır. İstehsalımız da gündəlik 5 milyon 500 min, 6 milyon olur. Yəni gündəlik tələbat yetərincə ödənilir. Yerdə qalan artıq yumurtalarımız isə xaricə ixrac olunur. İxraca da dekabr ayının əvvəllərindən başlanılıb. Demək olar ki, hərəsində 350-400 min ədəd olmaqla, gündə 1-2 maşın yumurta ixracımız olur.

- Bəs iki gün əvvəl 6-7 qəpiyə olan yumurta indi bahalaşa bilərmi? Qiymətlər təxminən hansı civarda olacaq?

- Yumurta istehsalçıları bu günlərdə zərərə işlədikləri üçün gələcəkdə qiymətləri 15-16 qəpiyə qədər artırma ehtimalları var. Bu da ötən illərdəki qiymətlərə uyğundur. Ümumiyyətlə bir yumurtanın maya dəyəri 12-14 qəpik təşkil edir. Fərqli fabriklərdə də qiymət bu civardadır. Yumurtanın qiymətinin 20 qəpiyə qalxma ehtimalı isə ümumiyyətlə yoxdur.

Roza Şəfiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://publika.az
archiveBu xəbər 20 Yanvar 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri