İki gün əvvəl Bakıya gələn almaniyalı nazir həyat yoldaşından AYRILIR
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın xarici işlər naziri Annalena Berbok PR meneceri Daniel Holefliş ilə 17 illik evliliyindən sonra boşanmaq üçün məhkəməyə müraciət edib.
Bizim.Media “Bild” nəşrinə istinadən xəbər verir ki, bu barədə cütlük birgə məlumat yayıb.
Berbok və Holefliş ayrılmağa bir müddət əvvəl qərar verdiklərini bildirsələr də, boşanmalarının səbəbini açıqlamayıblar.
Qeyd edək ki, 20 il öncə tanış olan Berbok və Holefliş 17 il əvvəl ailə həyatı qurublar. Onların iki qız övladı var.
Xatırladaq ki, Annalena Berbok noyabrın 21-22-də COP29-da iştirak etmək üçün Bakıya səfər etmişdi.
Bizim.Media
Baxış sayı:124
Bu xəbər 23 Noyabr 2024 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















