İki günlük əməliyyatda 13 yaraqlı zərərsizləşdirildi
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Pakistanın Silahlı Qüvvələri Xayber-Paxtunxva əyalətində antiterror əməliyyatında 13 yaraqlını zərərsizləşdirib.
"Ölkə az" xəbər verir ki, bu barədə "Dawn" nəşri təhlükəsizlik mənbələrinə istinadən xəbər verib.
"Təhlükəsizlik əməliyyatının ilk günündə cümə günü beş yaraqlı məhv edilib. Şənbə günü isə Darra Adamkhel rayonunda qadağan olunmuş "Tarik Qidar" qruplaşmasının üzvləri olan iki Əfqanıstan vətəndaşı da daxil olmaqla səkkiz yaraqlı öldürülüb", - açıqlamada deyilir.
Qeyd olunur ki, əməliyyat ərazidə yaraqlı qrupun olması barədə xəbərlərdən sonra başlayıb.
"Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və əməliyyat davam edir. Əməliyyat son terrorçu öldürülənə qədər davam edəcək", - bəyanatda deyilir.
"Tariq Qidar" "Tehrik-e-Taliban Pakistan" qruplaşmasının bir hissəsidir və əyalətdə döyüşlərdə fəal iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 31 May 2026 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















