İki helikopter toqquşub, 3 nəfər ölüb
Icma.az bildirir, Modern.az portalına istinadən.
ABŞ-ın Oreqon ştatında iki helikopterin havada toqquşması nəticəsində üç nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Yamxill dairəsi şerifinin ofisi məlumat yayıb.
Hadisə oktyabrın 29-da yerli vaxtla saat 14:10 radələrində Makminvill şəhərinin şimalında, Amity-Dayton avtomobil yolu ilə Krinkşenk yolunun kəsişməsi yaxınlığında baş verib. Şahidlər iki helikopterin havada toqquşduğunu bildiriblər.
Hüquq-mühafizə orqanları və təcili tibbi yardım əməkdaşları “Robinson R22” helikopterində iki, “Airbus” helikopterində isə bir nəfərin olduğunu müəyyən ediblər. Hər üç şəxs hadisə yerində həyatını itirib.
Məlumata görə, “Robinson R22” helikopterində Texas ştatından olan təlimatçı pilot və onun Böyük Britaniyadan olan tələbəsi, digər helikopterdə isə 38 yaşlı yerli sakin olub.
Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmanı ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya Administrasiyası aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 30 Oktyabr 2026 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















