Şəkidə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Şəkidə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 17 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun Şəki rayonu Şəki kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan “VAZ-2107” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı “VAZ”ın sürücüsü, 63 yaşlı Səxavət Salamov hadisə yerində ölüb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan üç nəfər isə Mingəçevir Şəhər Xəstəxanasına aparılıb.
Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Şəkidə avtomobil motosikletlə toqquşub: iki nəfər ölüb
28 Noyabr 2024 11:47
Şəkidə avtomobillər toqquşub, üç nəfər ölüb
21 Oktyabr 2025 19:12
Şəkidə yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb YENİLƏNİB
21 Oktyabr 2025 19:34
Türkiyədə 30 avtomobil toqquşub, 1 nəfər ölüb, 51 nəfər yaralanıb
10 Dekabr 2024 12:50
Baxış sayı:52
Bu xəbər 28 İyul 2025 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















