“İki məsələ hələ də həyata keçirilməyib” Qalibaf
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
İran İslam Respublikası ABŞ ilə planlaşdırılan sülh danışıqlarına başlamazdan əvvəl Vaşinqton qarşısında iki mühüm şərt qoyub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “X” hesabında paylaşım edib.
Qalibaf bildirib ki, danışıqlar mərhələsinə keçid üçün Livanda hərbi əməliyyatların dayandırılması və İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması mütləqdir:
“Tərəflərin qarşılıqlı razılaşdırdığı iki məsələ hələ də həyata keçirilməyib: Livanda atəşkəs və danışıqlara keçməzdən əvvəl aktivlərin azad edilməsi. Bu iki məsələ danışıqlardan əvvəl həll edilməlidir”.
Xatırladaq ki, aprelin 11-də İslamabadda keçirilməsi planlaşdırılan görüş regionun gələcək taleyi üçün həlledici xarakter daşıyır. Lakin Livan cəbhəsindəki gərginlik bu tarixi fürsəti hələ də sual altında qoyur.
Baxış sayı:86
Bu xəbər 10 Aprel 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















