İki min uşağı vətənə qaytarmışıq Zelenski
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın nəzarətində olan ukraynalı uşaqların ölkəyə qaytarılması istiqamətində mühüm nəticə əldə edilib. Artıq 2 min azyaşlı ukraynalının vətənə qaytarılmasına nail olmuşuq.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Feysbuk səhifəsində yazıb.
“Bu gün mühüm nəticə əldə etmişik, belə ki, “Bring Kids Back UA” təşəbbüsü çərçivəsində Rusiyanın nəzarətində olan ərazilərdən evlərinə qaytarılan ukraynalı uşaqların sayı 2 minə çatıb”, - deyə o yazıb.
Onun sözlərinə görə, hər bir uşağın geri qaytarılması gündəlik aparılan fəaliyyət nəticəsində mümkün olub və bu prosesdə, xüsusilə, ictimai təşkilatlar və beynəlxalq tərəfdaşlar iştirak ediblər.
Zelenski ukraynalı uşaqların gələcəyi uğrunda mübarizəyə qoşulan hər kəsə təşəkkürünü bildirib.
“Qarşıda bizi hələ uzun və çətin yol gözləyir. Minlərlə ukraynalı uşaq hələ də girov vəziyyətindədir. Lakin biz hər bir ukraynalı uşağı evinə qaytarana qədər dayanmayacağıq”, - deyə Ukrayna Prezidenti qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 17 Fevral 2026 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















