Icma.az
close
up
RU
İki nüvə ölkəsi müharibə astanasında

İki nüvə ölkəsi müharibə astanasında

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pakistanın müdafiə naziri Xavaca Asif Hindistanla münasibətlərin son dərəcə təhlükəli mərhələyə çatdığını bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, o, "Al Jazeera" telekanalına açıqlamasında xəbərdarlıq edib ki, iki ölkə arasında yaşanan son hadisələr nüvə qarşıdurmasına səbəb ola bilər.

“Bu mübahisə çox ciddi xarakter daşıyır. Həm Hindistan, həm də Pakistan nüvə silahına malik ölkələrdir və beynəlxalq ictimaiyyət buna laqeyd qalmamalıdır”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, aprelin 22-də Hindistanın Cammu və Kəşmir bölgəsindəki məşhur turistik şəhər Pahalgamda silahlı hücum baş verib. Hücum nəticəsində 25 hindistanlı və 1 Nepal vətəndaşı həlak olub, çox sayda insan isə yaralanıb. Silahlılar hadisə yerindən qaçıb.

Hindistanın kəşfiyyat orqanları hücumun arxasında Pakistanda yerləşən “Ləşkər-e-Tayyibə” qruplaşmasının dayandığını bildirir.

"The Hindustan Times" qəzeti yazır ki, hücumun Pakistanın hərbi kəşfiyyat xidməti (ISI) tərəfindən yönləndirildiyinə dair sübutlar var.

Bundan sonra Hindistan tərəfi sərt tədbirlər görüb. İslamabaddakı səfirliyinin əməkdaşlarının sayını yarıya endirib, Pakistan səfirliyindəki hərbi müşavirləri ölkədən çıxarıb, iki ölkə arasındakı “Attari” sərhəd-keçid məntəqəsini bağlayıb.

Eyni zamanda, Hindistan su ehtiyatlarının paylaşımı ilə bağlı razılaşmanı və Pakistan vətəndaşlarına vizaların verilməsini dayandırıb.Xatırladaq ki, Pakistanın Təhlükəsizlik Şurası Hindistanla bütün ikitərəfli razılaşmaların dayandırıldığını açıqlayıb. Həmçinin, İnd çayının sularının yönləndirilməsi cəhdini “müharibəyə bərabər addım” kimi qiymətləndirəcəklərini bildirib.

Bununla yanaşı, Pakistan Hindistana hava məkanını bağlayıb, “Vağa” sərhəd-keçid məntəqəsini bağlayıb və Hindistanın müdafiə, dəniz və aviasiya üzrə müşavirlərini ölkədən çıxarıb.

Səbinə Uğur 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Aprel 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see365

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see351

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see347

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see332

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see331

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see322

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see320

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see317

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see317

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see314

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see313

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see303

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see302

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see300

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see298

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see294

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see284

Qlobal enerji transformasiyası

12 Sentyabr 2026 10:28see278

Azərbaycan nefti rekord qiymətə satılır

12 Sentyabr 2026 11:26see272

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see257
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri