İki oğullarının bir birlərinin gözü qarşısında şəhid olduğu yerə getdilər FOTO
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
44 günlük müharibədə Qırmızıbazar uğrunda döyüşlər zamanı şəhid olan İman və Bəhrəm Məmmədzadə qardaşlarının valideynləri övladlarının şəhid olduğu yerə baş çəkiblər.
Ölkə.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto paylaşılıb.
Qəhrəmanlarımızın valideynləri Elman və Hicran Məmmədzadələr övladlarının şəhid olduğu yeri ziyarət ediblər.
Xatırladaq ki, 22 yaşlı İmran və 20 yaşlı Bəhrəm Vətən müharibəsinin ilk günlərində cəbhəyə bərabər yollanıb.
İman Məmmədzadə 14 sentyabr 1998-ci ildə, Bəhrəm Məmmədzadə 18 aprel 2000-ci ildə Lerik rayonunun Kəlvəz kəndində anadan olub, orta təhsillərini Rusiyada alıblar. Təhsilini başa vurduqdan sonra Azərbaycana geri qayıdıblar. Bəhram 2019-cu ildə iyun ayının 11-də qardaşı İman ilə birgə Vətənə olan borcunu ödəmək üçün həqiqi hərbi xidmətə çağırılıb və o da Qusar rayonunun "N" saylı hərbi hissəsinə yola salınıb.
Bəhram və İmran Məmmədzadələr 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıblar. Qardaşlar döyüşlər zamanı eyni döyüşdə və bir-birlərinin gözləri önündə şəhid olublar.






Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 28 Oktyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















