Icma.az
close
up
RU
Şəhid müəllimin iki övladı tələbə oldu FOTO

Şəhid müəllimin iki övladı tələbə oldu FOTO

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Artıq bir müddətdir ki, tələbə adını qazanan abituriyentlər bu uğurlarına görə sevinc içindədirlər. Onların arasında öz şirin canlarını vətən uğrunda vəda edən şəhidlərimizin əmanət övladları da var. 

Modern.az xəbər verir ki, şəhid müəllim Əvdil Quluyevin iki övladı da tələbə adını qazananlar arasındadırlar.

Ülvü Quluzadə bu il Beyləqan rayon Ə.Məmmədov adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbindən məzun olub. O, bu il ali təhsil müəssisəsinə daxil olub:

“İxtisasım "Beynəlxalq münasibətlər"dir. Bu sahə mənə maraqlı gəldi. Özümü bu istiqamətdə inkişaf etdirəcəyimə və gələcəkdə faydalı işlər görə biləcəyimə inanıram. Bacımla birlikdə eyni vaxtda uğur qazanmaq bizim üçün xüsusi bir hissdir. Ailəmizə ikiqat sevinc bəxş etdik və bu bizi daha çox çalışmağa həvəsləndirir".

Ülvü bacısı ilə bu uğurlarını şəhid atasının ruhuna həsr etdiklərini qeyd edir və həmçinin abituriyentlərə də öz tövsiyələrini bildirir:

"Əminəm ki, atam bu gün mənim və bacımın uğurlarını görsəydi, çox fəxr edərdi. Onun xatirəsi bizə güc verir, uğurlarımızı onun ruhuna həsr edirik. Məktəb illərində dərslərimdə yaxşı nəticələrim olub. Müəllimlərimin etimadını qazanmaq və onların ümidini doğrultmaq mənim üçün elə ən böyük uğurdur.

Abituriyentlərə tövsiyəm budur ki, heç vaxt yorulmasınlar. Hər çətinliyin arxasında mütləq bir uğur var. Özlərinə inansınlar və hər gün bir addım irəli atsınlar. Mən düşünürəm ki, həyatımızda ən böyük güc elm və təhsildir. Gənclərə tövsiyəm budur ki, vaxtlarını boş yerə sərf etməsinlər, gələcəkləri üçün çalışsınlar".

Şəhidimizin daha bir əmanəti Nərmin Quluzadə bu il magistr adını qazanıb. O, mühasibatlıq üzrə magistr təhsili alacaq: "Seçdiyim sahə həm elmi, həm də praktiki baxımdan inkişaf üçün geniş imkanlar yaradır. Qardaşımın da bu il ali məktəbə qəbul olması ailəmiz üçün böyük sevinc oldu", - deyə əlavə edir.

Nərmin də qardaşı kimi bildirir ki, atası bu gün həyatda olsaydı, bu uğurları ilə çox qürurlanardı. Onun xatirəsini daim yaşatmaq və layiqli övlad olmaq onların ən böyük məqsədlərindən biridir.

Xatırladaq ki, Vətən müharibəsinin şəhid müəllimi Əvdil Quliyev 1972-ci il iyulun 31-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub və burada institutun hərbi kafedrasını bitirərək leytenant rütbəsi alıb. 1996-cı ildə həqiqi hərbi xidmətə çağırılan Ə.Quliyev Tovuzda yerləşən "N" saylı hərbi hissədə motoatıcı tağım komandiri kimi xidmətə başlayıb. 2018-ci ildən Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisi ilə məşğul olub. 2020-ci ilin iyul ayında Tovuz hadisələrindən sonra orduya yazılmaq üçün könüllü müraciət edib. O, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Əvdil Quliyev noyabrın 7-də Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Əvdil Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə” medallar və “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden ilə təltif edilib. (Mənbə: Azərbaycan müəllimi qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Sentyabr 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri