İki ölkə arasında strateji tərəfdaşlıq
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana rəsmi səfər edərək iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində mühüm görüşlər keçirmişdir. Səfər çərçivəsində aparılan danışıqlar zamanı energetika sahəsində əməkdaşlıq xüsusi yer tutmuş, regionun enerji təhlükəsizliyində Azərbaycanın rolu bir daha vurğulanmışdır.
Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycan uzun illərdir etibarlı enerji tərəfdaşı kimi fəaliyyət göstərərək bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan irimiqyaslı layihələr Avrasiyanın enerji xəritəsini yenidən formalaşdırmış, geniş coğrafiyada sabit və davamlı enerji təminatına zəmin yaratmışdır. Bu baxımdan, Cənub Qaz Dəhlizi layihəsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan qazını Avropa bazarlarına çatdıran bu strateji marşrut bir neçə ölkəni birləşdirərək enerji resurslarının şaxələndirilməsinə xidmət edir. Layihənin tərkib hissələri olan TANAP və TAP boru kəmərləri vasitəsilə Azərbaycan qazı artıq Avropanın bir sıra ölkələrinin enerji balansında mühüm yer tutur. Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, Azərbaycan yalnız enerji ixracatçısı kimi deyil, eyni zamanda tranzit və enerji qovşağı kimi də regionda aparıcı mövqeyə malikdir. Gürcüstanla əməkdaşlıq bu baxımdan xüsusi önəm daşıyır. İki ölkə arasında formalaşmış sıx tərəfdaşlıq sayəsində enerji layihələri təhlükəsiz və səmərəli şəkildə həyata keçirilir, regionda sabitlik və inkişaf möhkəmləndirilir.
Bununla yanaşı, Azərbaycan son illərdə yaşıl enerji sahəsində də mühüm addımlar atır. Bərpa olunan enerji mənbələrinin inkişafı və “yaşıl enerji dəhlizləri”nin yaradılması istiqamətində həyata keçirilən layihələr gələcəkdə enerji təhlükəsizliyinə əlavə töhfələr verəcəkdir. Bu isə Azərbaycanın enerji siyasətinin yalnız bu günü deyil, gələcəyi də hədəflədiyini göstərir.
Səfər çərçivəsində əldə olunan razılaşmalar və verilən mesajlar bir daha təsdiqləyir ki, Azərbaycan regionun enerji təhlükəsizliyində etibarlı və strateji tərəfdaş olaraq qalır. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz bundan sonra da beynəlxalq əməkdaşlığa sadiq qalaraq enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmağa davam edəcəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Aprel 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















