Icma.az
close
up
RU
İki ölkə arasında sülh danışıqlarının irəliləməsi və Rusiyanın vasitəçi rolunu itirməsi Rusiyanı narahat edir

İki ölkə arasında sülh danışıqlarının irəliləməsi və Rusiyanın vasitəçi rolunu itirməsi Rusiyanı narahat edir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamaları və ABŞ-nin Türkiyədəki səfirinin bəyanatları regional güc dinamikasında yeni bir mərhələni işarə edir. Bu məsələni bir neçə aspektdən təhlil etmək lazımdır. Rusiyanın reaksiyasının səbəbləri və Konstantin Zatulinin şərhləri Rusiyanın Qafqazdakı nüfuzunun zəifləməsi ilə bağlı narahatlığını əks etdirir. Əvvəllər Zəngəzur dəhlizinin Rusiya nəzarətində olacağı gözlənilirdi, lakin son dövrlərdə bu mövzuda səssizlik hökm sürür”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, bu vəziyyət bir neçə faktorla izah oluna bilər.

Nicat İsmayılov

Politoloqun fikrincə, iki ölkə arasında sülh danışıqlarının irəliləməsi və Rusiyanın "vasitəçi" rolunu itirməsi Rusiyanı narahat edir: “Digər bir məsələ, ABŞ və AB-nin artan təsiri, Qərbin regionda daha aktiv siyasət yeritməsi, xüsusən də Zəngəzur dəhlizinin logistik və iqtisadi potensialını nəzərə alaraq burada nüfuz qazanmaq istəyidir. Türkiyənin Azərbaycanla strateji əməkdaşlığı və dəhlizin həyata keçirilməsində iştirakı Rusiyanı narahat edir”.

Nicat İsmayılov bildirib ki, Rusiya Zəngəzur dəhlizinin öz nəzarətindən çıxmasına biganə qalmayacaq.

“Ola bilər ki, bu cür üsullarla cavab versin: Ermənistana təzyiq, Ermənistanı Azərbaycanla sülh müqaviləsini imzalamaqdan çəkindirmək üçün iqtisadi-siyasi təhdidlər (məsələn; Qazpromun qiymət siyasəti, hərbi yardımın azaldılması). Hibrid təxribatlar; dəhliz ərazisində "stabil olmayan vəziyyət" yaratmaq üçün proksi qruplardan istifadə (misal üçün, Ermənistandaki rus yanlısı qüvvələrin təhrikçiliyi). MDB və EAES platformalarında diplomatik müqavimət; Azərbaycan və Türkiyənin regional layihələrini bloklamaq üçün kollektiv təşkilatlarda təzyiq”-deyə politoloq qeyd edib.

Nicat İsmayılovun fikrincə, ABŞ-nin Türkiyə ilə müzakirə etdiyi uzunmüddətli icarə təklifi (məsələn, strateji obyektlərin istifadəsi) yalnız Rusiyanı deyil, digər qlobal oyunçuları da narahat edə bilər: “Çin, Zəngəzur dəhlizi "Bir Kəmər, Bir Yol" layihəsi üçün vacibdir. ABŞ-nin burada mövcud olması Çinin maraqlarına ziddir. İran isə, Azərbaycan-İran sərhədindəki gərginlik nəzərə alınaraq, regionda təcrid olunmuş hiss edə bilər. Avropa Birliyinə gəlincə, AB-nin enerji təhlükəsizliyi üçün Zəngəzur marşrutu vacib olsa da, ABŞ-nin həddindən artıq dominantlığı bəzi ölkələrdə (məsələn, Fransa) narahatlıq doğura bilər”.

Azərbaycan üçün fürsətlər haqda politoloq bildirib ki, Zəngəzur dəhlizi Bakı üçün həm iqtisadi (Naxçıvanla birləşmə, Avrasiya ticarəti), həm də siyasi (Türkiyə və Qərblə əlaqələrin güclənməsi) üstünlük deməkdir: “Ermənistanın ikili siyasəti, İrəvan Rusiya ilə münasibətləri korlamadan Qərbdən dəstək axtarır, lakin bu tarazlıq çətinləşə bilər. Türkiyənin artan rolu, Ankara həm NATO, həm də regional tərəfdaşlarla (Azərbaycan, Gürcüstan) əməkdaşlıq edərək Qafqazda "qapıların gözətçisi" olmağa çalışır”.

“Rusiyanın reaksiyası onun Qafqazda ənənəvi hegemoniyasının sarsıldığını göstərir. ABŞ-nin aktivliyi isə mümkün "yeni soyuq müharibə" dinamikasını gücləndirir. Bu prosesdə Azərbaycan və Türkiyə üçün əsas çətinlik maraqları balanslaşdırmaq, Ermənistan üçün təhlükəsizlik qarantiyalarını təmin etmək olacaq. Zəngəzur dəhlizi artıq yalnız nəqliyyat layihəsi deyil, geosiyasi mübarizənin simvoludur”-deyə Nicat İsmayılov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 İyul 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri