Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

İki ölkə, bir yol: Azərbaycan və Özbəkistanın strateji birliyi

İki ölkə, bir yol: Azərbaycan və Özbəkistanın strateji birliyi

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Özbəkistan arasında strateji əməkdaşlıq münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə keçid edib. İki ölkə arasında dostluq və qardaşlıq telləri tarixə, ortaq mədəniyyətə, dini-mənəvi bağlara əsaslansa da, müasir dövr bu münasibətləri daha sistemli və dərin hüquqi çərçivəyə salmağı tələb edirdi. Məhz bu zərurətdən doğaraq 2023-cü ildə Daşkənddə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalandı. Bu sənəd iki ölkə arasında münasibətləri rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəltdi və əməkdaşlığın konkret istiqamətlərini müəyyən etdi.

Müqavilə bir neçə əsas sahəni əhatə edir və münasibətlərin yeni mərhələsini təyin edən strateji konturları ortaya qoyur. İlk növbədə, siyasi və diplomatik sahədə qarşılıqlı etimad və dəstək mexanizmlərinin formalaşdırılması nəzərdə tutulur. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləmək, beynəlxalq hüquqa əsaslanan prinsiplərə sadiqlik nümayiş etdirmək və suverenlik, ərazi bütövlüyü kimi fundamental məsələlərdə ortaq mövqe sərgiləmək barədə razılığa gəliblər. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrində sabitlik və sülhün möhkəmlənməsi baxımından əhəmiyyətlidir.

İkinci mühüm sahə təhlükəsizlik və müdafiə əməkdaşlığıdır. Müqavilədə tərəflər terrorizm, ekstremizm, separatçılıq və digər transmilli təhlükələrə qarşı birgə mübarizə aparmaq, informasiya və təcrübə mübadiləsi həyata keçirmək, zərurət olduqda müvafiq sahələr üzrə koordinasiyalı addımlar atmaq öhdəliyini götürürlər. Bu, təkcə hərbi məsələlərlə məhdudlaşmır, həm də kibertəhlükəsizlik, sərhəd təhlükəsizliyi və informasiya müharibələri kontekstində də aktualdır.

Üçüncü mühüm istiqamət iqtisadi əməkdaşlıqdır. Azərbaycan və Özbəkistan son illərdə ticarət dövriyyəsinin həcmini artırmaqla yanaşı, qarşılıqlı investisiyaların təşviqi, sənaye kooperasiyası və nəqliyyat-logistika layihələrinin reallaşdırılması üzərində də ciddi işləyirlər. Xüsusilə Orta Dəhliz – yəni Transxəzər beynəlxalq nəqliyyat marşrutu – çərçivəsində bu iki ölkənin potensialı böyükdür. Azərbaycan Xəzər dənizi üzərindən Avropa bazarlarına çıxış imkanları təqdim etdiyi halda, Özbəkistan Orta Asiyanın quru mərkəzində yerləşən mühüm tranzit ölkə rolunu oynayır. Bu əməkdaşlıq, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində də sinxron şəkildə inkişaf etdirilir.

Eyni zamanda, tərəflər enerji sektorunda əməkdaşlığın genişləndirilməsi imkanlarını da dəyərləndirirlər. Azərbaycanın təbii qaz və neft sektorundakı təcrübəsi, eləcə də Özbəkistanın enerji resurslarının diversifikasiyası və ixrac imkanları bu sahədə qarşılıqlı maraq doğurur. Həmçinin bərpa olunan enerji, “yaşıl keçid”, innovasiya və texnologiyalar sahəsində də birgə layihələr nəzərdə tutulur.

Mədəni-humanitar əlaqələr isə Azərbaycan–Özbəkistan münasibətlərinin mənəvi dayağıdır. Hər iki ölkə ortaq türk irsinə, dil və tarixə malikdir. Şəxsi münasibətlər, elmi əməkdaşlıq, ali təhsil mübadiləsi və mədəniyyət festivalları bu bağları gücləndirir. Müqavilə çərçivəsində mədəniyyət sahəsində əməkdaşlıq proqramlarının genişləndirilməsi, ortaq dəyərlərin təbliği, kitab nəşrləri, kino layihələri və gənclər mübadiləsi kimi konkret təşəbbüslər dəstəklənir.

Özbəkistanın idman sahəsində əldə etdiyi son uğurlar da diqqətəlayiqdir. Ölkədə yeni idman infrastrukturlarının qurulması, beynəlxalq yarışlara ev sahibliyi etmək təşəbbüsləri və gənc idmançıların dünya səviyyəsində göstərdiyi nəticələr Özbəkistanın bu sahədə də liderlik iddiasını nümayiş etdirir. Azərbaycan bu inkişafı rəğbətlə qarşılayır və özünün də idman sahəsində qazandığı təcrübəni bölüşmək, birgə idman tədbirləri təşkil etmək niyyətindədir. Bu, təkcə idman deyil, həm də gənclər siyasəti baxımından əhəmiyyətli əməkdaşlıq sahəsidir.

Azərbaycan tərəfi Özbəkistanda həyata keçirilən genişmiqyaslı islahatları da böyük maraq və rəğbətlə izləyir. Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi transformasiya prosesi, dövlət idarəçiliyində şəffaflığın artırılması, insan hüquqlarının qorunması və iqtisadiyyatın liberallaşdırılması istiqamətindəki addımlar Özbəkistanın müasir inkişaf yoluna inamlı şəkildə qədəm qoyduğunu göstərir. Azərbaycan bu islahatları regional sabitlik və tərəqqi baxımından nümunə kimi dəyərləndirir və bu çərçivədə Özbəkistanla əməkdaşlığın genişləndirilməsini prioritet sayır.

Nəticə etibarilə, Azərbaycan ilə Özbəkistan arasında imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə ikitərəfli əlaqələrin strateji xarakterini rəsmiləşdirmiş oldu. Proseslər sadəcə diplomatik və hüquqi sənəd deyil, iki xalqın ortaq gələcəyinə yönəlmiş qarşılıqlı etimadın ifadəsidir. Müqavilənin mahiyyətində duran ideya budur ki, Azərbaycan və Özbəkistan yalnız bu günü deyil, həm də sabahı birgə qurmaq əzmindədir. Bu əməkdaşlıq modeli təkcə iki ölkə üçün deyil, həm də regionun gələcəyi üçün yeni bir strateji nümunə yaradır. Qardaşlıqdan müttəfiqliyə gedən yol artıq geridönməz şəkildə təsbit olunmuşdur.

Əli Hüseynov

YAP Yasamal rayon təşkilatının fəalı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyul 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri