Icma.az
close
up
RU
İki ölkədə bir mərkəzdən idarə olunan “5 ci kolon: “Bazarlıq” cəhdi iflas edir

İki ölkədə bir mərkəzdən idarə olunan “5 ci kolon: “Bazarlıq” cəhdi iflas edir

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti Eçmiədzindəki “kimyaçılar” hərbi hissəsində əməliyyat keçirib. 

Bu barədə “Hraparak” qəzeti məlumat yaylb. Nəşrin məlumatına görə, MTX əməkdaşları dünən gecədən bəri bölmənin ərazisindədirlər. Yüksək rütbəli hərbçilər də daxil olmaqla bir neçə nəfərin saxlanıldığı xəbər verilir. Əvvəllər bu hissə ilə bağlı cinayət işi geniş ictimaiyyətin diqqətini cəlb edib. 

Bu, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini general-leytenant Andranik Makaryan və bir sıra digər hərbçiləri əhatə edir. İstintaq təsdiq edir ki, Makaryan 2020-ci ilin oktyabr ayında Zəngilan rayonu ərazisində hərbi əməliyyatlara rəhbərlik edib. Daha sonra onun komandanlığı altında olan “kimyaçılar” hərbi hissəsinin 62 hərbçisindən ibarət bölmə mühasirəyə alınıb və Azərbaycan ordusu ilə qeyri-bərabər döyüşə girib. 

Mövqelər möhkəmlənmədiyindən qrup demək olar ki, tamamilə məhv edilib. 12 nəfər ölüb, 5 nəfər əsir düşüb, 24 nəfərin taleyi isə məlum deyil. İttiham aktı ilə birlikdə iş artıq məhkəməyə göndərilib. Qeyd edilən məlumatdan Ermənistan MTX-nin keçirdiyi əməliyyatın Andranik Markaryanı 44 günlük müharibədə tabeliyində olan hərbi birləşmənin məhv olması ilə nəticələnmiş vəzifə səhlənkarlığı ittihamı üzrə həbsi məqsədilə keçirildiyi təəssüratı yaranır. 

Təbii ki, əsas məqsədlərdən biri Andranik Markaryanı cinayət məsuliyyətinə cəlb etmək olub. Lakin aparılan həbslərin səbəbinin gizli saxlanılması əməliyyatın başqa planın tərkib hissəsi olduğunu deməyə əsas verir. Bu baxımdan, əməliyyatın Eçmiədzində aparılması xüsusilə diqqəti cəlb edir. 

Hazırda Nikol Paşinyan hakimiyyətinin əsas hədəfinin Erməni Apostol Kilsəsini və katolikos II Qaregini neytrallaşdırmaq olduğunu nəzərə alsaq, yüksək rütbəli zabitlərin həbsinin də bu “Eçmiədzin işi”nin tərkib hissəsi olduğu ehtimalı yüksəkdir. Artıq bir qrup arxiyepiskop və ruhani terrorçuluqda, həmçinin silahlı yolla dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunub. Son günlər isə Ermənistanda həbslərin sayı artmaqdadır. 

Gümrü şəhərinin meri Vardan Qukasyanın, Masis (Uluxanlı) şəhərinin meri David Hambartsumyanın həbslərinin ardınca hərbi hissədə zabitlərin saxlanılması bu əməliyyatların eyni prosesin tərkib hissəsi olduğunu göstərir. Gümrüdə daha 4 nəfər saxlanılıb və bununla Vardan Qukasyan işi üzrə barəsində ittiham elan olunanların sayı 13 nəfərə çatıb. 

Ermənistanın sabiq prezidenti Serj Sarksiyan da 2005-ci ildə Müdafiə Nazirliyinin balansında olan torpaq sahələrinin qanunsuz satılması ittihamı üzrə məhkəməyə cəlb edilib. Bütün bu proseslərə nəzər saldıqda, həbs edilmiş siyasətçilərin, din xadimlərinin və hərbçilərin hamısının Rusiyaya bağlı şəxslər olduğunu görmək olar. 

Yəni Nikol Paşinyan 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilər yaxınlaşdıqca Rusiyaya bağlı “5-ci kolon”u ləğv etmək üçün hücuma keçib. Çünki Rusiya növbəti parlament seçkilərinə Paşinyanı devirmək üçün siyasi fürsət kimi baxır. 

Bu baxımdan, Rusiyanın ən böyük dayaqlarından biri ordunun tərkibindədir. Kreml Paşinyanı kənarlaşdırmaq üçün yalnız siyasi deyil, həm də hərbi resurslardan da istifadə edə bilər. Əks təqdirdə, Rusiyanın Ermənistanda və Cənubi Qafqazda geosiyasi mövqeləri bir qədər də zəifləyəcək. 

Yəni Rusiya Ermənistandakı seçkilərə geosiyasi proseslərin tərkib hissəsi kimi baxır. Bu kontekstdə Azərbaycanda da Rusiyaya bağlı “5-ci kolon”un dövlət çevrilişi etmək cəhdləri bütün proseslərin eyni mərkəzdən idarə olunduğunu göstərir. 

Moskva Cənubi Qafqazı özünün geosiyasi orbitinə qaytarmaq üçün Azərbaycanda və Ermənistandakı “5-ci kolon”un hakimiyyət hərisliyindən istifadə etməyə çalışır. Bu gün Ramiz Mehdiyevin Kremlə ünvanladığı vətənə xəyanət məktubu ilə baş nazir olmaq müqabilində Ermənistanı Rusiya-Belarus İttifaq Dövlətinə daxil etməyi təklif edən kommunist Vardan Qukasyanın yanaşması arasında heç bir fərq yoxdur. 

Hər ikisi siyasi təfəkkürünə görə bolşevikdir, Rusiya imperiyasının sadiq nökərləridir. Azərbaycanda və Ermənistanda hakimiyyət üçün siyasi “bazarlığ”a cana atan qrupların fəallaşması müşahidə olunur. 

Ramiz Mehdiyev Rusiyanın imperiya maraqlarını təmin etmək xatirinə Azərbaycanın milli dövlətçilik mənafelərini qurban verməyə hazır görünür. Lakin aparılan həbslər və ifşa edilən faktlar Azərbaycan dövlətinin təməl prinsiplərinin artıq çox gücləndiyini, onu sarsıtmağın mümkün olmadığını təsdiq edir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: 5-ci kolon Andranik Makaryan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri