Icma.az
close
up
RU
Paşinyan Putinlə siyasi “bazarlıq”da

Paşinyan Putinlə siyasi “bazarlıq”da

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistan Baş naziri Nikol Paşinyanın komandası onun Altaya səfəri zamanı Zəngəzurdan keçən yolun taleyi ilə bağlı Rusiya hakimiyyəti ilə kuluar danışıqları aparacağını güman edir. 

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, Vətəndaş Müqaviləsi Partiyasında hesab edirlər ki, Paşinyan Moskva ilə dəhliz məsələsini müzakirə edəcək. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya iki günlük işgüzar səfərə gedib. 

Ermənistan lideri Altayda təbiətin mühafizəsi ilə bağlı beynəlxalq konfransda iştirak edəcək. Zəngəzur dəhlizinin təhlükəsizliyinin ABŞ şirkətinə veriləcəyi ilə bağlı xəbərlər fonunda Paşinyanın Altaya səfəri Rusiya ilə bu məsələnin qapalı müzakirəpredmetiolacağına dair ehtimalları ön plana çıxarıb. 

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin Türkiyədəki səfiri TomBarrak Nyu-Yorkda jurnalistlərə bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub. 

“Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, - diplomat bildirib. Paşinyan özü də ABŞ-nin Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsini istisna etməyib. İyulun 23-də İspaniyanın “PeriodistaDigital” nəşri isə Zəngəzur dəhlizi ilə bağlı gizli memorandumu əldə etdiyini və ABŞ tərəfindən irəli sürülmüş “Tramp körpüsü-nəqliyyat dəhlizinin yaradılmasına dair Anlaşma Memorandumu” adlanan sənədin Ermənistan tərəfindən təsdiq olunduğuna dair iddia ilə çıxış edib. 

Təbii ki, ABŞ hərbçilərinin Ermənistan ərazisindəyerləşdirilməsi Rusiyanın kəskin reaksiyasına səbəb ola bilər. 2020-ci il 10 noyabr Bəyanatına görə, Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməlidir. 

Ermənistan həmin öhdəliklərin icrasından yayınsa da Rusiya bu sənəddən imtina etməyib. Ona görə də Rusiyanın nəzarətdə saxlamaq istədiyi Şimal-Cənub nəqliyyat və ticarət dəhlizini ABŞ-nin icarəsinə vermək regionda böyük geosiyasi qarşıdurmaya gətirib çıxara bilər. 

ABŞ-nin Zəngəzur dəhlizini 99 il müddətinə nəzarətə götürmək istəyi yalnız kommersiya xarakterli layihə olmayıb həm də Rusiyanın Cənubi Qafqazdakı hərbi və geopolitik təsirlərini azaltmağa xidmət edir. Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 7-ci maddəsinə görə, Ermənistan alyansın razılığı olmadan başqa dövlətin hərbi qüvvələrini öz ərazisində yerləşdirə bilməz. 

Bu baxımdan, “Tramp körpüsü” adlanan təklif Rusiya, ABŞ və Ermənistan arasında razılaşdırılmalıdır. Lakin Nikol Paşinyanın Rusiyaya yalnız Zəngəzur dəhlizi məsələsini müzakirə etməyə getdiyini söyləmək hələ tezdir. Çünki bu mövzu tərəflər arasında yeganə problemli məsələ deyil. Son zamanlar Ermənistan-Rusiya münasibətlərində gərginliyi artması müşahidə olunur. 

Bu isə Rusiyanın Cənubi Qafqaz siyasətindəki sərt xəttə üstünlük verməsi ilə bağlıdır. Kremlin həm Ermənistana, həm də Azərbaycana qarşı təzyiqləri Cənubi Qafqazda geosiyasi proseslərin istiqamətini dəyişib. Bu da öz növbəsində hər iki ölkənin Qərblə münasibətlərində strateji yaxınlaşmaya səbəb olub. 

Zəngəzur dəhlizinin ABŞ-nin planı üzrəaçılmasında Azərbaycanın və Ermənistanın ortaq mövqeyə gəlməsi Rusiyanın təzyiqləri fonunda yaranmış vəziyyətin nəticəsidir. Azərbaycanla Rusiya arasında münasibətlərdə müəyyən böhran yarandığı bir vaxtda Ermənistan vəziyyətdən sui-istifadə edib Moskva ilə münasibətləri möhkəmlətməyə çalışmır. Ancaq bu, Nikol Paşinyan üçün sərfəli görünmür. Ermənistanın Baş naziri Avropa yolundan dönmək istəmir.

2026-cı ilin iyunun 7-də keçiriləcək parlament seçkilərində Paşinyanın öz hakimiyyətini qoruyub saxlamaq üçün Qərbin dəstəyinə ciddi ehtiyacı var. Rusiyaya meyillənmə Qərbin narazılığına səbəb olacaq. 

Eyni zamanda, seçkiqabağı Rusiyadan gələn təzyiqləri də azaltmaq lazımdır. Xüsusilə də Rusiyanın Eçmiədzin kilsəsinə və milyarder SamvelKarapetyana dəstəyi Paşinyan üçün seçkilərdə ciddi problem yarada bilər. 

Ona görə də Paşinyan seçkilər öncəsi müxtəlif siyasi “kart”lardan istifadə etməklə Rusiya ilə kompromisə nail olmaq istəyir. Məsələn, Ermənistanın KTMT-dən çıxacağına dair Paşinyanın açıqlaması seçkilərdə Rusiya ilə siyasi “bazarlığ”a getmək üçün bir vasitə ola bilər. 

Eləcə də, Trampın planı üzrə Zəngəzur dəhlizini ABŞ-nin icarəsinə verməyə razılaşmış kimi görünən Paşinyanın Rusiyanın kilsəyə vəKarapetyana dəstəyini geri çəkməsi fonunda Azərbaycanla nəqliyyat-kommunikasiya vasitələrinin açılmasından yayınması mümkündür. 

Yəni Tramp administrasiyasının Zəngəzur dəhlizi planı Paşinyana ABŞ, Türkiyə və Rusiya arasında geniş manevr imkanları açır. O, müxtəlif diplomatik manipulyasiyalardan Azərbaycanla danışıqlarda da istifadə etməyə çalışa bilər. Paşinyan hökuməti həmişəki kimi bu dəfə də iki stulda əyləşmək siyasətini davam etdirməyə səy göstərəcək. 

Çünki Paşinyan nə Rusiyaya, nə də Trampa kifayət qədər güvənmir. Ümumilikdə isə ABŞ-nin Cənubi Qafqaza marağının artması və Ukrayna məsələsində Rusiya ilə fikir ayrılığının dərinləşməsi bölgədə geosiyasi ziddiyyətlərin artacağından xəbər verir. 

Oktyabrın 4-də Gürcüstanda keçiriləcək bələdiyyə seçkiləri zamanı Qərb-Rusiya qarşıdurmasının siyasi episentrinin genişlənəcəyi və Cənubi Qafqazın üçüncü dövlətini dəəhatə edəcəyi gözlənilir. 

Müşfiq Abdulla
​​​​​​"Cebheinfo.az"

Açar sözlər: Paşinyan Putin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see471

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see457

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see382

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see228

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see224

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see215

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see208

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see207

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see190

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see188

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see182

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see182

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see181

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see179

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see174

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see173

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see172

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see168

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri