Icma.az
close
up
RU
İki ölkəni hədəf alan plan Bakıda məhv edildi Qafqazda yeni təhlükə

İki ölkəni hədəf alan plan Bakıda məhv edildi Qafqazda yeni təhlükə

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Gürcüstanda avropayönlü kəsimin hökumət əleyhinə etirazları, Ermənistan hakimiyyətinin anti-Rusiya mövqeyini gücləndirməsi buna nümunə göstərilir. Həmçinin dekabrın 25-də AZAL-ın təyyarəsinin vurulmasından sonra Bakı-Moskva münasibətlərinin gərginləşməsinə də diqqət çəkilir.

Bəzi ekspertlərin fikrincə, Rusiya Cənubi Qafqazda mövqeyini getdikcə itirdiyinin fərqindədir. O səbəbdən regionda qarışıqlıq sala bilər.

Kremlin bölgə ilə bağlı gələcək planları nələrdir?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Cənubi Qafqazda geosiyasi maraq toqquşması bölgə üçün başlıca təhdiddir:

“Hazırda Gürcüstan üzərində ciddi təzyiqlər var. Qərb burada keçirilən parlament seçkilərində məğlub olduqdan sonra uzun illər ərzində formalaşdırdığı rıçaqlardan istifadə edərək təxribatlara rəvac verməyə başladı. Xüsusilə eks-prezident Salome Zurabaşvilinin etiraz dalğası formalaşdırmaq və beləliklə də yeni hökuməti devirmək planları baş tutmadı. Həmçinin Avropa İttifaqı (Aİ) tərəfindən Gürcüstana məhdudiyyətlərin tətbiq edilməsi və bir sıra layihələrin maliyyələşdirilməsinin dayandırılması ilə hökuməti xalqın hədəfinə çevirməyə çalışdılar.

Bu proses hazırda davam edir. Amma rəsmi Tbilisi geosiyasi böhrana uyğun davranmağa çalışır və uzaq perspektivə hesablanan siyasi xətt yürüdür. Bu da Qərbin maraqlarına cavab vermir. Ona görə də Gürcüstan üzərində gərginlik hələ davam edəcək”.


Əli Zülfüqaroğlu

Ekspertin sözlərinə görə, hazırda Ermənistan üzərində həm Qərbin, həm də Rusiyanın güclü təzyiqi var:

“Baş nazir Nikol Paşinyan Qərb tərəfindən hakimiyyətə gətirilib, yəni onun diktəsi ilə hərəkət etməyə məcburdur. Digər tərəfdən İrəvan üzərində Moskvanın ciddi təsir imkanları var. Ermənistanın Rusiyadan qaz asılılığı 80 faizdən artıqdır. Eyni zamanda bu ölkənin kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarından başqa alternativi yoxdur.

Kremlin İrəvana hərbi-siyasi təsir imkanları da mövcuddur. Buna görə də Ermənistan Rusiya və Qərb arasında var-gəl etməyə çalışır. Yəni hər iki tərəf İrəvana ciddi təzyiq göstərirlər”.

E.Zülfüqaroğlu bildirib ki, Azərbaycanla bağlı vəziyyət tamamilə fərqlidir:

“Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Müstəqil siyasət yürüdür, güclü hərbi-siyasi və diplomatik mövqelərə malikdir. Xarici siyasətdə ciddi uğurlar əldə edilib. Bakıya qarşı istər müharibə zamanı, istərsə də hazırda davam edən təzyiqlər heç bir nəticə verməyib. Artıq regionda marağı olan qüvvələr çox yaxşı anlayırlar ki, bizimlə təzyiq dilində danışmağın heç bir faydası yoxdur və əks-effekt verir.

Azərbaycan beynəlxalq hüquqa əsaslanır, geosiyasi böhranı mükəmməl dəyərləndirir və güclü diplomatik həmlələrlə istədiyi siyasi kursu həyata keçirir. Ona görə də Cənubi Qafqazda zəif halqa olan Ermənistan vasitəsilə qeyri-stabil vəziyyət yaratmağa və bölgədə öz maraqlarını təmin etməyə çalışırlar. Hesab edirəm ki, bölgədə sabitliyin təmin olunması üçün Azərbaycan güclü aktordur və təhdidləri neytrallaşdırmaq potensialına sahibdir”.

Rövşən Rza
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri