İki Premyer Liqa klubunun hədəfinə düşdü
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərə Premyer Liqasının iki nəhəng klubu "Çelsi" və "Liverpul" transfer bazarında rəqib olublar.
QOL.az "TEAMtalk"a istinadən xəbər verir ki, hər iki klub "Nottinqem Forest"in müdafiəçisi Murilyonu heyətinə qatmağı hədəfləyir.
Məlumata görə, futbolçunun nümayəndələri artıq potensial təklifləri dəyərləndirməyə başlayıblar. "Zadəganlar"ın yay transfer pəncərəsində 3 müdafiəçi ilə yolları ayırmağa hazırlaşdığı üçün bu keçiddə daha israrlı olduğu bildirilir. "Mersisaydlılar" isə İbrahima Konate və Co Qomesin komandadakı gələcəyinin qeyri-müəyyən olması səbəbindən braziliyalını hədəf seçib.
Qeyd edək ki, Murilyo cari mövsüm bütün turnirlərdə 25 matça çıxıb və 1 qolla yadda qalıb. Onun hazırkı klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 15 Fevral 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















