Icma.az
close
up
RU
İki qurum Türkiyə və Polşada olan tələbələrimizi çarəsiz qoyub ŞİKAYƏT

İki qurum Türkiyə və Polşada olan tələbələrimizi çarəsiz qoyub ŞİKAYƏT

Icma.az bildirir, Tribuna portalına istinadən.

Türkiyədə və Polşada təhsil alan bir qrup azərbaycanlı tələbə Azərbaycandakı ali məktəblərə köçürülmək üçün dövlət qurumlarına müraciət ediblər.

Tribunainfo.az-a verilən xəbərə görə, onların bu müraciətinə müsbət cavab gəlməyib.
Bu şikayəti edən tələbələr – Nəriman Mirzəyev, Rasim Əlizadə, Alim Fərzəliyev və Orxan Salmanovdur. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi onların akademik göstəricilərinə və keçid imtahanlarına dair arqumentlər irəli sürərək hüquqlarını tanımayıb.


Şikayətçi Nəriman Mirzəyevin sözlərinə görə, bir semester imtahanına 30 kredit düşür: “Mən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə sənədlərimi göndərdim və qəbul etdilər. Elm və Təhsil Nazirliyinə kreditlərimi göndərdim, onlar da qəbul etdilər. Amma sənədlərimə imtina verildi. Səbəb olaraq 90 kreditin olmasını qeyd etdilər. Mən də onlarla əlaqə saxladım və dedim ki, 1 il təhsil almışamsa, 90 krediti necə ala bilərəm?! Onlar da 1 ilə 90 kredit düşdüyünü bildirdi. Mən də qeyd etdim ki, 53 kreditim var”.
Şikayətçi deyib ki, qanunvericiliyin 2.2 maddəsinə əsasən, tələbənin 1/2 krediti varsa, transfer baş tuta bilir: “Operatora dedikdən sonra o, içəridə kimlə danışdısa, gəlib dedi ki, sizin 90 yox, 120 kreditiniz olmalıdır. Mən 1 il oxumuşamsa bir ilə necə 120 kredit toplaya bilərəm? Onlar da dedi ki, şikayətiniz varsa, gedin verin məhkəməyə. Burada tələbənin haqqı yeyilir. Mən kəsrə görə transfer etmirəm. Digər universitetdə təhsilim yaxşıdır. Sadəcə olaraq, Polşada viza və oturum almaq çətindir. Oturum üçün 30 min pul istəyirlər. Məndə o pul yoxdur”.


Türkiyədə təhsil alan Alim Fərzəliyev isə şikayətində vurğulayıb ki, YÖS nəticələri var: “Qanuna uyğun olduğu halda onu qəbul etmirlər. Mən də ölkəmdə təhsil almaq istəyirəm. Agentlik bundan səbəbsiz yerə imtina edir. Hər bir sənədim qanunauyğun halda olmağına baxmayaraq mənə imtina bildirişi gəlir”.
Onu da deyək ki, tələbələrə başqa bir əsassız rədd cavabı da təqdim olunub. Əksəriyyəti 2023-cü ildə Türkiyənin dövlət universitetlərinin təşkil etdiyi YÖS imtahanında yüksək nəticə göstərərək qəbul olunublar. Daha sonra – 2023-cü ilin dekabrında qüvvəyə minmiş qanuna əsasən, yalnız vahid TR-YÖS imtahanı etibarlı hesab olunur. Lakin həmin tələbələr imtahanı bu qanun qüvvəyə minməmişdən əvvəl – 2023-cü ildə vermişdi.
Türkiyə Ali Təhsil Şurası da öz qərarında bildirib ki, yalnız 2024-cü ildən sonra vahid imtahan keçiriləcək. Agentlik isə bu faktı nəzərə almadan, geriyə tətbiq prinsipi ilə hərəkət edib. Aidiyyatı qurumların cavabını dərc etməyə hazırıq.

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 İyul 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri