Icma.az
close
up
RU
İki raunda qələbə qazanan Bəhrəm Rəcəbzadənin növbəti arzusu İdman və Biz

İki raunda qələbə qazanan Bəhrəm Rəcəbzadənin növbəti arzusu İdman və Biz

“Çox kövrəldim. Bu qədər türklüyü, Azərbaycanı, mənliyini sevən millətimin mənə dəstək olması çox qürurvericidir”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Bəhram Rəcəbzadə deyib.

“Glory”də şimali makedoniyalı Daniel Stefanovskini məğlub edən 32 yaşlı idmançımız qələbəsini dəyərləndirib. Rəqibinə 2 raunda qalib gələn Rəcəbzadə Niderlandakı döyüşdən sonra azarkeşlərə və yarış təşkilatçısı Robbi Timmersə səslənib: “Çoxlu sayda döyüşlər keçirməmə baxmayaraq özümü əla hiss edirəm. Bu qədər sevənin varsa, başqa necə ola bilərsən? Gələn il bir planım var. Kəmər döyüşü keçirmək istəyirəm. Robbi Timmers, azarkeşlər bunu istəyir”.

Qeyd edək ki, Rəcəbzadə peşəkar rinqdə 74 döyüş keçirib. O, bunların 70-də qələbə qazanıb, 4-də isə məğlub olub.

İdman.biz

seeBaxış sayı:99
embedMənbə:https://www.idman.biz
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri