Icma.az
close
up
RU
İki türk ölkəsindən bağışlanmaz xəyanət? ÖZƏL

İki türk ölkəsindən bağışlanmaz xəyanət? ÖZƏL

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Mərkəzi Asiyanın türk respublikaları Yunan Kipri ilə diplomatik münasibətlər qurmağa davam edirlər. Belə ki, Qazaxıstandan sonra Türkmənistan da Kipr Respublikasında səfirlik açıb. Türk Dövlətləri Təşkilatının (TDT) Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və onun prezidentinə isti münasibət göstərdiyi bir zamanda belə addımların atılması diqqət çəkir. Bundan başqa, son zamanlar ŞKTC-dən də Ankaraya bəzi çağırışlar eşidilir.

Globalinfo.az-a danışan Şimali Kipr prezidentinin xüsusi müşaviri Gökhan Gülər deyib ki, Qazaxıstan və Türkmənistanın Yunan Kiprində səfirlik açması bu ölkələrin ŞKTC ilə münasibətləri kəsməsi, ya da TDT-nin vizyonundan kənarlaşması mənasına gəlmir:

“Hər ölkə üçün milli maraqları daha önəmlidir. Dünya siyasətində ölkələrin istər ikili, istərsə də təşkilatlar daxilində bir-biri ilə əməkdaşlıq etməsi başadüşüləndir. İqtisadi maraqlar bəzən rəqib ölkələri belə əməkdaşlığa sövq edir.

Gökhan Gülər

Qazaxıstandan sonra Türkmənistanın da Yunan Kiprində səfirlik açması vətəndaşlarda qıcıq yarada bilər, lakin beynəlxalq və dövlətlərarası münasibətlərdə belə qarşılanmır. Bu gün bu iki ölkə ŞKTC ilə çox yaxşı əlaqələrə malikdir. Bunun ən real göstəricisi ŞKTC-nin TDT-yə müşahidəçi statusunda üzv qəbul edilməsidir. Buna nə Qazaxıstan, nə də Türkmənistan etiraz edib. Hətta bu iki ölkənin ŞKTC ilə münasibətləri Yunan Kiprinə nəzərən daha yaxşıdır”.

G.Gülərin sözlərinə görə, iki ölkə gələcəkdə ŞKTC-də də səfirlik və ya konsulluq aça bilər:

“Aydın məsələdir ki, Yunan Kiprində qazax və türkmənlər yaşayır. Bu baxımdan həmin ölkələrin orada səfirlik açması təbiidir. Digər tərəfdən, Yunan Kipri Aİ üzvüdür.

Kipr adasındakı münaqişə hələlik tam həll edilməyib. Adada türk xalqına qarşı haqsızlıq olub. Yunan Kiprinə tanınan hüquqlar bizim üçün də tanınmalı idi, amma olmadı.

Təbii ki, Qazaxıstan, Türkmənistan ŞKTC-də konsulluq, səfirlik ya da buna bənzər bir institut açsaydı, daha məqbul olardı. Lakin yenə də biz məsələyə beynəlxalq münasibətlər kontekstində baxır və diplomatik yanaşma sərgiləyirik. Bizim bu ölkələrlə təmaslarımız, siyasi münasibətlərimiz Yunan Kiprindən daha dərindir”.

Hasan Oktay

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay isə deyib ki, beynəlxalq əlaqələrdə davamlılıq kontekstində dövlətlər bir-biri ilə yaxşı münasibətlər içində olur, diplomatik əlaqələr qururlar:

“Bu mənada, Qazaxıstan və Türkmənistan Yunan Kipri ilə diplomatik əlaqə qurmağı üstün tutdular. Avropa İttifaqının tərkibində olan Cənubi Kiprin, Türkiyə və Şimali Kiprlə problemlər yaşaması digər türk dövlətlərinin Cənubi Kiprlə diplomatik əlaqə qurmasına maneə yaratmaz. Hətta bu dövlətlərin bölgədə mövcudluğu Cənubi Kipr üzərində bir təzyiq aləti ola, Şimal və Cənub arasındakı problemlərin həllinə kömək edə bilər.

Şimali Kipr Türk Cümhuriyyətinin tanınması və hüquqi bazaya oturması üçün türk dövlətləri Cənubi Kiprlə daha yaxşı münasibətlər qurmalıdır. Bir qədər fərqli səslənsə də, uzunmüddətli dövrdə bu, daha strateji qərardır”.

Politoloq qeyd edib ki, ABŞ-ın Avropadan qoşunlarının bir qismini çəkməsi regionda boşluq yarada bilər:

“Bu boşluğu isə Türkiyə doldura bilər. Hesab edirəm, belə olan halda Ankaranın Aİ-yə üzvlüyü, ya da yüksək imtiyazlı əməkdaşlığı gerçəkləşə bilər. Bu isə sonrakı mərhələdə Ankaranın Kipr münaqişəsinə fokuslanıb adanın statusunun beynəlxalq müstəvidə yenidən baxılmasına nail olmasına gətirib çıxara bilər”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Aprel 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri