“İki üç nəfəri işdən çıxarmaqdan ötrü sistem dəyişməməlidir“ Mədəniyyət Nazirliyinin teatrlarla bağlı qərarına reaksiya
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və digər bir sıra vəzifələr ləğv edilib.
Bu vəzifələri icra edən teatr işçilərinin qəbul olunan qərara reaksiyaları isə müxtəlif olub.
Rejissor Tural Mustafayev bildirib ki, iki-üç nəfəri işdən çıxarmaq üçün bütün sistem dəyişməməlidir: "Köhnə sovet sistemindən imtina edirik, bəs buna hazırıqmı? Bu gün Azərbaycan teatrı heç bir sistem dəyişikliyinə hazır deyil. Teatr haqqında qanunda dövlət himayədarlığı haqqında yazılıb. Bəs himayədarlıq nədir? Əgər biz prodüser sisteminə keçiriksə, onda bu anlaşılmır. Qanunda iş aparılmalı və hər şey yerli-yerində olmalıdır".
Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov qərarın zəruriliyini belə izah edib: "Ştatlar üzrə ixtisar aparılmayıb. Həmin vəzifələri icra edən şəxslər yenilənmiş struktur çərçivəsində quruluşçu rejissor, yaradıcı şöbə müdiri, rəssam və quruluşçu rəssam kimi vəzifələrdə fəaliyyətlərini davam etdirə bilərlər. Qərar teatrların idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, fəaliyyətin sistemləşdirilməsinə və səmərəliliyin artırılmasına yönəlib. Qərarın hazırlanmasında teatr rəhbərləri, sahə üzrə ekspertlər, mütəxəssislər və aidiyyəti komissiyalar iştirak edib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 29 Yanvar 2026 08:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















