Icma.az
close
up
RU
İki xəstədən biri ölür Daha bir qorxulu infeksiya YAYILDI

İki xəstədən biri ölür Daha bir qorxulu infeksiya YAYILDI

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Bəşəriyyət yeni peyda olan, mənşəyi tam bəlli olmayan virus və mikrobların əlində girinc qalıb. Müasir təbabət bir virusa qarşı əlac fikirləşib tapınca təzəsi peyda olur. Bu arada Hindistanda naməlum ölümcül xəstəlik qeydə alınıb və artıq 17 nəfərin ölümünə səbəb olub. Ümumilikdə 38 xəstəliyə yoluxma faktı qeydə alınıb. Yəni faktiki iki xəstədən biri həyatını itirib. Məlumatlara görə, xəstəliyin əsas simptomları hərarət, ürəkbulanma və zəiflikdir.

O da qeyd edilir ki, dünyasını dəyişənlərin hamısı beyin ödemindən əziyyət çəkiblər ki, bu da xəstəliyin əsas ağırlaşmalarından sayılır. Yəni söhbət yenə hansısa infeksion xəstəlik və onun beyin ödemi kimi ağır fəsadından gedir. Bu yeni mikroorqanizmdirmi?

“Rospotrebnadzor” (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) xəbər verib ki, xəstəliyin əlamətləri arasında qızdırma, ürəkbulanma və zəiflik var. Ölənlərdə beyin ödemi aşkar edilib. Araşdırmalar göstərib ki, xəstəlik toksinlər tərəfindən törədilib, lakin hansı toksinlər olduğu müəyyən edilməyib.

“Rospotrebnadzor” Hindistan Respublikasında naməlum etiologiyalı xəstəlik halları haqqında məlumatları izləyir. Qurumun müəssisələr şəbəkəsində laboratoriya bazası yaradılıb, təlim keçmiş mütəxəssislər var və aparıcı elmi təşkilatların istinad mərkəzləri fəaliyyət göstərir ki, bu da riskləri tez aşkar etməyə və əlavə tədbirlər görməyə imkan verir", - deyə qurumdan bildirilib.

İnfeksionist Aytən Ziyadovanın “Yeni Müsavat”a bildirdiyinə görə,  naməlum xəstəliyin yayılması haqda daha çox məlumat əldə etmək üçün viruslar və onların tədqiqat metodları barədə ətraflı məlumat vermək faydalı olar: “Xəstəliyin hansı virus tərəfindən törədildiyi hələ tam olaraq müəyyən edilməsə də, viruslar müxtəlif xəstəliklərin səbəbi ola bilər və bu mövzuda aparılan tədqiqatlar çox önəmlidir. Virusların tədqiqi, onları daha yaxşı anlamaq və müalicə yolları tapmaq üçün vacibdir. Bu tədqiqatlar müxtəlif üsullarla həyata keçirilir. Belə ki, virusların yoluxdurduğu xəstələr üzərində klinik tədqiqatlar aparılır. Bu tədqiqatlar, virusların orqanizmə təsirini, simptomları, yayılma yollarını və hansı orqanlara təsir etdiyini müəyyən etməyə kömək edir. Bu cür tədqiqatlar, xəstəliyin əsas əlamətlərini aşkar etməyə və müalicə üsullarını tapmağa yönəldilir. Beynəlxalq və yerli səhiyyə təşkilatları da virusların yayılmasını izləyirlər. Virusların genetik materialını aşkar etmək üçün geniş istifadə edilən daha  bir metod da PCR testləridir. Bu test, virusun DNA və ya RNA hissələrini aşkar edərək, infeksiyanın mövcud olub-olmadığını müəyyən edir. COVID-19 pandemiyası dövründə bu testlər xüsusilə populyar oldu və virusların təyini üçün əsas alətə çevrilib”.

Həkimin sözlərinə görə, viruslar laboratoriyalarda yaradılır: “Virusların laboratoriya şəraitində yetişdirilməsi virus araşdırmalarında geniş istifadə olunan bir metoddur. Bu proses virusların hüceyrələrini çoxaltmaq və onların xüsusiyyətlərini, mutasiyalarını və reaksiya verdiyi dərmanları öyrənmək üçün istifadə edilir. Naməlum virus və ya xəstəlik müəyyən edildikdə bir neçə addım atılmalıdır. İlk növbədə, xəstəliyin əsas əlamətləri müəyyən olunur. Hansı şəxslərin yoluxduğu və bu şəxslər arasında əlaqə müəyyənləşdirilməlidir. Əgər virus varsa, onun genetik materialı (RNA və ya DNA) təhlil edilir. Virusların təhlilində xəstəliyi yaradan virusun növü, xüsusiyyətləri və xəstəliyə necə səbəb olduğu müəyyən edilir. Virusun necə yayıldığı, hansı qruplara daha çox təsir etdiyi və necə qarşısını almağın mümkün olacağı qiymətləndirilir. Konkret bu xəstəliyin əlamətləri arasında qızdırma, ürəkbulanma və zəiflik kimi ümumi infeksion xəstəliklərə bənzər simptomlar var. Lakin ən ciddi əlamət, xəstələrin ölümünə səbəb olan beyin ödeminin (beyin şişməsi) aşkar edilməsi olub. Bu da xəstəliyin növbəti mərhələlərdə çox ciddi nevroloji problemlərə yol açdığını göstərir.

Amma naməlum xəstəliyin yayılma riskini azaltmaq üçün daha ətraflı araşdırmalar və müvafiq müalicə metodlarının tapılması lazım olacaq. Toksinlərin təyin edilməsi və onların hansı şəkildə insan orqanizmində təsir göstərdiyini anlamaq, gələcəkdə bənzər hadisələrin qarşısını almaq üçün mühüm rol oynaya bilər. Ayrıca, təhlükənin genişlənməməsi üçün sürətli və effektiv müdaxilə edilməsi, infeksiyanın qarşısını almaq üçün vacibdir. Xəstəliyin yayılmasını izləmək və tez bir zamanda reaksiya vermək üçün qlobal əməkdaşlıq və təcrübə mübadiləsi lazımdır" .

Həkim əlavə edib ki, hazırda dünyada ən geniş yayılan virus SARS-CoV-2 (COVID-19) və onun yeni variantlarıdır: “Bununla yanaşı, mövsümi qrip virusları, xüsusilə A/H1N1 (donuz qripi) və A/H3N2 ştammları da geniş yayılmaqdadır. Həmçinin, insan metapneumovirusu (HMPV) kimi digər respirator viruslar da bəzi bölgələrdə yayılmaqdadır. Bu viruslardan qorumaq üçün bundan əvvəl riayət etdiyimiz  tövsiyələrə əməl etməliyik. Əllərinizi tez-tez sabun və su ilə ən azı 20 saniyə boyunca yuyun. Əgər sabun və su əlçatan deyilsə, ən azı 60% spirt tərkibli əl dezinfeksiyaedici vasitələrdən istifadə edin. Xüsusilə, qapalı məkanlarda və sosial məsafəni saxlamaq mümkün olmadıqda maska taxmaq vacibdir. İnsanlarla aranızda ən azı 1-2 metr məsafə saxlayın. İmkan daxilində kütləvi tədbirlərdən və sıxlıq olan məkanlardan uzaq durmaq lazımdır. Mövcud olan peyvəndləri qəbul etmək, bu, xəstəliyin ağır keçmə riskini azaldır. Düzgün qidalanma, kifayət qədər yuxu və müntəzəm fiziki fəaliyyət immun sisteminizi gücləndirir. Özünüzdə və ya ətrafınızda hər hansı xəstəlik əlamətləri müşahidə etdikdə, evdə qalaraq başqalarını qoruyun və tibbi yardım üçün həkimə müraciət edin. Bu tədbirlər həm COVID-19, həm də digər respirator viruslardan qorunmaq üçün effektivdir”.\\hit.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:280
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Fevral 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri