Icma.az
close
up
RU
İkibaşlı qartal ikibaşlı söhbət

İkibaşlı qartal ikibaşlı söhbət

Icma.az bildirir, Adelet.az portalına istinadən.

"Siz dediniz ki, bizim ikibaşlı qartal iki tərəfə, Şərqə və Qərbə baxır. Amma hələ Cənub da var”.

Bu fikri Rusiya Prezidenti Vladimir Putin təxminən, bir ay öncə Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda deyib. 

Bəs ikibaşlı qartal Rusiyaya necə “uçub” gəlib? Məsələ ondadır ki, əsrlərdir Rusiya dövlətinin milli atributuna çevrilmiş ikibaşlı qartal simvolunun slavyan mədəniyyəti, mifologiyası ilə heç bir əlaqəsi yoxdur. Bu rəmzi Rusiyaya türklər daşıyıb. 

Tarix təkcə döyüşlərdən və sülh müqavilələrindən ibarət deyil. O, həm də rəmzlərin, nişanların, gizli mənaların tarixidir. Bəzən bir bayraq, bir tamğa, yaxud elə söz açdığımız ikibaşlı qartal simvolu minlərlə sözün mənasını bir baxışda izah edir.

İkibaşlı qartal rəmzini bu gün bir neçə dövlətin gerbində görmək mümkündür: Rusiya, Serbiya, Avstriya,  Albaniya...

Amma çox adam bilmir ki, bu qədim mifoloji simvol bir vaxtlar iki imperiyanın — Bizans və Səlcuq Türklərinin güc nişanı olmuşdu.

Qartalın qədim izi

Tarixən, ikibaşlı qartal nişanı tam olaraq, nə Bizansa, nə də Avropaya aiddir. Onun izlərinə eramızdan minillər öncə Şumer və Het mənbələrində rast gəlinir. Qartal simvolu Səma və güc tanrısının təzahürü idi. O, həm ilahi qoruyucu,  həm də hökmranlığın simvolu kimi təsvir olunurdu.
Bizans imperatorları ikibaşlı qartal rəmzini XI əsrdə öz gerblərinə həkk etdilər. Qartalın iki başı onların həm Şərqə, həm də Qərbə hökmranlıq iddiasını ifadə edirdi. Lakin o zaman heç kimin ağlına gəlməzdi ki, bu simvol nə vaxtsa türk hökmdarlarının rəmzinə çevriləcək. 

Türk tamğasından imperiya rəmzinə

Oğuz tayfaları, o cümlədən Qınıq boyu, yəni gələcək Səlcuqlar öz nişanlarını “tamğa” adlandırırdılar. Hər türk tayfasının öz tamğası vardı. Bu, həm nəsil tanıma vasitəsi, həm də mülkiyyət nişanı sayılırdı. Tamğa bir növ möhür demək idi.

Türk tayfaları güclənib daha çox ərazilər fəth edir, dövlətin sərhədlərini genişləndirirdilər. Bir tamğalar çoxluğu artıq bir imperiyanı təmsil edə bilməzdi. Odur ki, Rum torpaqlarına, yəni Anadolunun mərkəzinə qədər gələn Səlcuqlar yeni simvol axtarmalı oldular. Bu yeni simvol isə güc və hökmranlıq ifadə edən bir rəmz olmalı idi. Nəhayət, Bizansı fəth edən Səlcuqlar onların bayrağında əks olunan ikibaşlı qartal simgəsini öz bayraqlarına daşıdılar. Beləliklə, bizanslılar da səlcuq imperiyasının təəbəliyini daha rahat qəbul etdilər.

Qartalın dirçəlişi

Beləcə, XIII əsrin əvvəllərində, I Əlaəddin Keyqubadın  dövründə ikibaşlı qartal Səlcuq memarlığında da  görünməyə başladı. Konya qalasının daş bəzəklərində, Diyarbəkir qalasının divarlarında indiyə qədər ikibaşlı qartal təsvirləri qalmaqdadır. Artuqoğulları dövründə ikibaşlı qartal təsviri sikkələrin üzərinə də vurulurdu. 

Qartal təkcə bir quş simvolu deyildi. O, Bizans-Səlcuq dövlətinin sanki ümumi varislik manifestinə çevrilmişdi. Səlcuqlar yerli xalqların tarixinə, mədəniyyətinə, dini inanclarına toxunmadıqları üçün bəzi Qərb mənbələrində Səlcuq dövlətini Bizansın (Şərqi Roma) varisi də adlandırırlar. Səlcuqlar Anadoluda Roma-türk mədəniyyətinin sintezini yaratdılar. Hətta səlcuqların idarəetmə sistemi o dərəcədə alicənab idi ki, ayrı-ayrı bölgələrdə romalı məmurlar və keşişlər də rəhbərlik edirdilər. Bu səbəbdən romalılar türklərə  qaynayıb qarışmağa başladılar. 

Roma mədəniyyətini qoruyan türklər 

Beləcə, ikibaşlı qartal həm yeni türk hakimiyyətinin rəmzi, həm də xalqlar arasında siyasi körpüyə çevrildi. Qartalın iki başı həm də Şərqlə Qərbin arasında, islam və xristian sivilizasiyasını özündə birləşdirən bir imperiyanın nişanı kimi yüksəlirdi.

Vaxt gələcək bu iki qütbdə ədaləti bərqərar etmək üçün türklər öz ikibaşlı qartalına yenidən sahib çıxacaqlar.  

Murad Köhnəqala
   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri