İkili diplomlarla bağlı layihələrin sayı altıya çatıb
Icma.az bildirir, Anews saytına əsaslanaraq.
İkili diplomlarla bağlı layihələrin sayı altıya çatıb. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
"İkili diplomlarla bağlı layihəyə bir neçə il öncə başladıq. Artıq bu proqramların sayı altıdır. Tələbə və məzunların sayı min nəfəri ötür. Tələbələr öz ölkələrindən getmədən xarici ölkələrin aparıcı diplomlarını əldə edə bilirlər. Bu ikili proqramlardan başqa Fransa-Azərbaycan,İtaliya-Azərbaycan,Türkiyə-Azərbaycan layihələri fəaliyyət göstərir. Bu da oxşar modeldir. Son ildə bu saya baxsaq, bu rəqəm bir neçə yüzə çatıb. Yəqinki qısa zamanda universitetlərin qısa zaman ərzində qəbuluna baxsaq bu min nəfərin üzərində olan qəbul sayıdır. Təxminən 7-8 il öncə azərbaycanlı gənclərin belə bir imkanı yox idi", - nazir "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.
Nazir vurğuladığı Türkiyə-Azərbaycan və İtaliya-Azərbaycan universitetlərinin fəaliyyəti bu ildən başlayıb.
Gülnar Nazimqızı
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 11 Dekabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















