“İkinci ali təhsilə qəbul elektron qaydada aparılır, təhsil isə ödənişlidir” EKSPERT DANIŞDI
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali təhsilin müvafiq pilləsini bitirmiş şəxslərin yenidən ikinci ali təhsil alması qaydaları ümumi şəkildə tənzimlənir. Mövcud qanunvericiliyə uyğun olaraq bakalavr diplomuna malik olan hər bir şəxs, əvvəlki ixtisasından asılı olmayaraq ikinci ali təhsil üçün müraciət edə bilər. Lakin bəzi xüsusi ixtisaslar üzrə məhdudiyyətlər və əlavə tələblər tətbiq olunur”.
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.
Onun sözlərinə görə, ixtisas uyğunluğu tələbi bütün sahələrdə məcburi deyil:
”Yeni seçilən ixtisas əvvəlkindən əsaslı şəkildə fərqləndiyi halda, akademik fərq fənlərinin sayı artırılır ki, bu da təhsil müddətinin uzanmasına və dərs yükünün çoxalmasına səbəb olur. Beləliklə, tədris prosesi tələbənin yeni ixtisasa uyğunlaşdırılması prinsipi əsasında formalaşdırılır.
Bəzi sahələrdə isə məhdudiyyətlər daha sərtdir. Xüsusilə pedaqoji ixtisaslarda ikinci ali təhsilə imtahansız qəbul ümumiyyətlə tətbiq edilmir. Bu yanaşma müəllimlik ixtisaslarının keyfiyyətinin qorunması və peşə hazırlığının yüksəldilməsi məqsədini daşıyır. Müəllim olmaq istəyən namizədlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etməklə təhsil müəssisələrinə qəbul olunurlar.
Qeyd edilməlidir ki, ixtisas dəyişdirilməsi ikinci ali təhsil kimi qiymətləndirilmir. Məsələn, pedaqoji təhsili olan şəxsin başqa bir müəllimlik istiqamətinə keçidi yenidən hazırlanma (ixtisasartırma və ya yenidənhazırlanma) kimi qəbul olunur və bu, ikinci ali təhsil statusuna aid edilmir.
Bəzi universitetlərdə, xüsusilə hüquq və tibb kimi sahələrdə daha ciddi seçim mexanizmləri tətbiq edilir. Məsələn, Bakı Dövlət Universitetində hüquq ixtisasına qəbul zamanı daxili yazılı və şifahi imtahanlar təşkil oluna bilər. ADA Universiteti və digər xüsusi nizamnaməyə malik ali təhsil müəssisələri isə öz daxili qəbul standartlarını müstəqil şəkildə müəyyən edirlər.
İkinci ali təhsilə müraciət prosesi əsasən elektron qaydada, edu.az portalı vasitəsilə həyata keçirilir. Bu proses universitetlərin daxili qaydaları və qəbul mexanizmləri əsasında tənzimlənir. Qeyd olunmalıdır ki, ikinci ali təhsil proqramları ödənişlidir və təhsil haqları müvafiq ali təhsil müəssisələri tərəfindən müəyyən edilir.
Müraciətlərin qəbulu adətən hər ilin iyul–avqust aylarında həyata keçirilir və bu dövr ərzində namizədlər tələb olunan sənədləri təqdim etməklə seçim prosesində iştirak edirlər”.
Müəllif: Günay Hacıyeva
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Türkiyə əsgəri Ərəbistana gedir - QƏRAR
Ceyhun Bayramovla nigeriyalı xanım nazir arasında telefon danışığı olub
Türkiyəli nümayəndələr İrəvanda erməni nazirlə görüşüblər
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir - XİN
Azərbaycanın xarici siyasəti ölkəni qlobal güc mərkəzləri ilə yaxınlaşdırır - ŞƏRH EDİLDİ
“Cəbrayıl 27 illik işğaldan sonra yenidən qurularaq öz sakinlərini doğma yurda qovuşdurur” - ŞƏRH
"Azərbaycan artıq Cənubi Qafqazda orta güc statusuna malik ölkədir" - POLİTOLOQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 06 Oktyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















