İkiqat dünya çempionu Braziliya Futbol Konfederasiyasının prezidentliyindən imtina edib
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İkiqat dünya çempionu Ronaldo növbəti seçkidə Braziliya Futbol Konfederasiyasının (CBF) prezidentliyinə namizəd olmaqdan imtina edib.
Oxu.Az xəbər verir ki, Ronaldo qərarının səbəbini belə izah edib:
"27 federasiya ilə ilk təmaslarda 23 bağlı qapı tapdım. Federasiyalar hazırkı administrasiyadan razı qaldıqlarını bildirərək məni qəbul etməkdən imtina etdilər. Layihəmi təqdim edə, fikirlərimi bölüşə bilmədim. Liderlərin əksəriyyəti hazırkı prezidenti dəstəkləyir, bu onların hüququdur, mən buna hörmət edirəm".
Qeyd edək ki, seçki 2026-cı ilin martından gec olmayaraq keçirilməlidir.
Baxış sayı:72
Bu xəbər 13 Mart 2025 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















