İkiyə bölünən avtomobildən yaralanmadan xilas oldu Dəhşətli qəza FOTO
Icma.az, Medicina portalına istinadən məlumat yayır.
Türkiyədə ağır qəza baş verib. Qəza nəticəsində ikiyə ayrılan avtomobilin sürücüsü heç bir xəsarət almadan xilas olub.
Medicina.az xəbər verir ki, axşam saatlarında Boludan Mudurnu istiqamətində hərəkət edən İrfan Yazqanın idarə etdiyi avtomobil qarşı tərəfdən gələn Turan Savaşın avtomobili ilə toqquşub.

Qəza nəticəsində İrfan Yazqanın idarə etdiyi avtomobil ikiyə bölünüb, digər avtomobil isə sürüşərək yolun kənarındakı fabrikin divarına çırpılıb.

Hadisə yerinə polis və həkim briqadası göndərilib. Toqquşma nəticəsində ikiyə bölünən avtomobilin sürücüsü İrfan Yazqan qəzadan xəsarət almadan xilas olarkən, digər avtomobilin sürücüsü Turan Savaş yaralanıb.
Yaralı sürücü xəstəxanaya yerləşdirilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.


Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 Fevral 2025 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















