Icma.az
close
up
RU
İKTA yeni elektron hesabatlılıq sistemini işə salıb

İKTA yeni elektron hesabatlılıq sistemini işə salıb

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Radioelektron vasitələrə verilən icazələr” elektron xidmətinin yeni modulunu işə salıb.

"Unikal" xəbər verir ki, bu modul mülki dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən kosmik-peyk rabitə vasitələrinin, radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin istifadəsi ilə bağlı hesabatların elektron şəkildə qəbuluna başlanması ilə əlaqədar hazırlanıb.

Yeni sistem çərçivəsində xüsusi icazə sahibləri mülki dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən kosmik-peyk rabitə vasitələri, radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular və Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər barədə il ərzində iki dəfə hesabat təqdim edəcəklər. 

Hesabatların təqdim edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in “Qeydlər”inin 1-ci hissəsi ilə tənzimlənir. 

Yeni modulun tətbiqi ilə hesabatların https://e-permission.icta.az/reports linki vasitəsilə elektron qaydada toplanmasına başlanılıb. Hazırkı dövr üzrə hesabatın əldə edilməsi üçün xüsusi icazə sahiblərinə məktublar göndərilib və hesabatların toplanması prosesi davam etdirilir.

Hesabatların toplanması mövcud vəziyyətin obyektiv qiymətləndirilməsinə, problemlərin vaxtında aşkara çıxarılmasına və bununla da dövlətin müvafiq sahədə nəzarət və tənzimləmə funksiyalarını daha məqsədyönlü və səmərəli həyata keçirməsinə imkan yaradacaq. İKTA-nın yeni elektron hesabatlılıq sistemi ölkənin telekommunikasiya xidmətləri sahəsində şəffaflığın artacağına kömək edəcək. Bu yenilik xüsusi icazə sahibləri üçün vaxtın qənaətinə, resursların optimallaşdırılmasına və proseslərin sadələşdirilməsinə böyük töhfə verəcək. 
 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 İyun 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri