İKTA sədri: Yeni elektron kommunikasiya qanunu mobil virtual operatorların fəaliyyətə başlamasına imkan verəcək
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hazırda bütün dünyada rəqəmsallaşma prosesi sürətlə irəliləyir. Artıq bütün dünya kommunikasiya sözünü elektron kommunikasiya ilə əvəz edir. Yeni elektron kommunikasiya haqqında qanun layihəsi artıq dövlət qurumlarında ikinci oxunuşda razılaşdırılmaqdadır.
AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov I Beynəlxalq Caspian İnnovasiya Forumunda çıxışı zamanı deyib.
“Yeni qanun qəbul olduqdan sonra bizə imkan verəcək ki, məhdud resurslardan daha çox sayda istifadə edək. Məsələn, bu gün bizim üç mobil operatorumuz varsa, gələcəkdə qanun imkan verəcək ki, mobil virtual operatorlar fəaliyyətə başlasın. Yəni, məhdudiyyət nəzərdə tutulmur”, - deyə N.Mərdanov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 04 Dekabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















