Icma.az
close
up
RU
İlahiyyat İnstitutunda müsəlman olmayanlar təhsil ala bilər? Rəsmi AÇIQLAMA

İlahiyyat İnstitutunda müsəlman olmayanlar təhsil ala bilər? Rəsmi AÇIQLAMA

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) qeyri-müsəlman tələbələrin olub-olmaması ilə bağlı müxtəlif müzakirələr aparılır. Bəziləri hesab edir ki, bu institut yalnız İslam dininə aid ixtisaslaşmış ali təhsil müəssisəsi olduğu üçün burada digər dinlərə mənsub tələbələrin təhsil alması mümkün deyil.

Modern.az sözügedən məsələ ilə bağlı İnstitutla əlaqə saxlayıb.

Ali təhsil müəssisəsindən bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) tələbə qəbulu təhsilin bütün pillələri üzrə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılır. DİM tərəfindən keçirilən III qrup qəbul imtahanlarında iştirak etməklə Aİİ-nin bakalavriat səviyyələri üzrə “İslamşünaslıq” və “Dinşünaslıq” ixtisaslarını seçmək mümkündür. 

"Aİİ-nin “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər Dini-Psixoloji Komissiyadan keçməlidirlər. İslam dininə aid ibadət yerlərində imam və imam müavini vəzifələrinin tutulması üçün keçirilən müsahibədən müvəffəqiyyətlə keçən bu ixtisasın məzunları din xadimi kimi fəaliyyət göstərmək imkanına malik olurlar.

“Dinşünaslıq” ixtisasında təhsil almaq istəyən abituriyentlər isə topladıqları müvafiq bala uyğun olaraq bu ixtisası seçə bilirlər. Bu ixtisas üzrə təhsil alan tələbələrə isə İslam dini ilə yanaşı, digər dünya dinləri də ətraflı tədris olunur. 

Dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” ixtisasında təhsil ala bilər. Hazırda digər dini mənsubiyyət daşıyıcısı tələbələrin olmamasına baxmayaraq, Aİİ-nin  Azərbaycanda fəaliyyət göstərən xristian və yəhudi icmaları ilə sıx  münasibətləri vardır, ali təhsil müəssisəsinin elmi bazası hər kəs üçün ilahiyyat elmini tədris etmək imkanına malikdir. Magistratura pilləsində də dinin sosiologiyası, dinin psixologiyası, dinin fəlsəfəsi, dinlər tarixi ixtisaslaşmalarında digər dinlərə mənsub tələbələrin təhsil almaları mümkündür, bunu həm də doktorantura pilləsində təhsil almaq istəyənlərə şamil etmək olar. 

Məlumat üçün qeyd edək ki, Aİİ tərəfindən 2021-ci ildə Qəbələ rayonunun Nic qəsəbəsində fəaliyyət göstərən Azərbaycan Respublikasının Alban-Udi xristian dini icması üçün ödənişsiz qaydada “Xristianlıq” tədris kursu təşkil edilib", - rəsmi cavabda deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Fevral 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri