Icma.az
close
up
RU
İlahiyyatçı: Falçıya inanmaq, müraciət etmək günah sayılır

İlahiyyatçı: Falçıya inanmaq, müraciət etmək günah sayılır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında şirnikləndirici paylaşımlarla vətəndaşların aldadılaraq, pullarının mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrafilli bildirib.

Onun sözlərinə görə, bu kimi hallarda özünü “falçı” və ya “baxıcı” kimi təqdim edən şəxslər vətəndaşlardan müxtəlif məbləğlərdə ödəniş tələb edir, onlayn köçürmə yolu ilə pulu aldıqdan sonra isə sosial şəbəkə hesablarını bloklayaraq məsuliyyətdən yayınırlar.

Lumu İsrəfilli vurğulayıb ki, vətəndaşlardan mənimsənilən məbləğin miqdarına görə bu cür faktlar üzrə inzibati və ya cinayət işi açılır.

DİN rəsmisi sosial şəbəkə istifadəçilərinə bu tipli elanlara inanaraq ödəniş etməmələri və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamaları barədə xəbərdarlıq edib.


Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, İslam dininə görə falçılıq qadağandır:


“Bu işlərlə məşğul olmaq və onlara inanmaq, müraciət etmək də günah sayılır. Amma bəzən sosial problemlərin çoxluğundan istifadə edən şarlatanlar insanları tora salıb, guya asan yolla varlanmaq ümidi verib aldadırlar. Təbii ki, bu böyük günahdır. Falçılara hətta imkanlı adamlar və məmurların da müraciət etməsi haqda məlumatlar var. Son dövrdə də sosial şəbəkələrdən istifadə edərək bu cür adamlar artıb. Canlı yayımda falçılıq edirlər, fala baxırlar. Belə işləri də çox zaman din adı ilə, Quranla əlaqələndirirlər ki, adamlar inansın. Falçı heç bir problem həll edə bilməz. Əksinə çox böyük problemlər yarada bilər. Yanlış məlumat verər, insanlar da yanlış istiqamət seçər və ziyan çəkə bilərlər. Psixoloji təsirlə, bəzən boş ümid verib, bəzən də müxtəlif fərqli üsullarla sadəlövh adamları yanıldaraq aldadırlar. Bu şeylərin artması cəmiyyətin dini və elmi səhiyyəsinin aşağı olması ilə bağlıdır. Savadlı, təhsilli adamlar, öz dinini bilən dərk edir ki, onun müqəddəs kitabında falçılıq haramdır. Savadsızlıq və cəhalət insanları falçıların toruna salır. Bəzən də son ümidi falçıda axtaranlar olur. İnsan yalnız Allaha dua edib, ondan kömək istəməlidir. Qeybi bilmək də ona xasdır. Falçının verdiyi məlumat nisbidir, çox zaman da tamamilə yalan və yanlışdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Aprel 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri