Icma.az
close
up
RU
İlahiyyatçı: Müsəlman həccə getməzdən əvvəl borclarını ödəməli, zəkatını verməli, əmanətləri geri qaytarmalıdır

İlahiyyatçı: Müsəlman həccə getməzdən əvvəl borclarını ödəməli, zəkatını verməli, əmanətləri geri qaytarmalıdır

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyatçı Elvüsal Məmmədov ilahiyyatçı Elşad Mirinin həcc ziyarətini, Kəbənin ətrafında dövrə vurmağı inkar etməsinin müzakirə yaratmasına münasibət bildirib.

 
E.Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, İslam dini maddi imkanı yetən, sağlamlığı yerində olan müsəlmanlara ömürlərində bir dəfə həcc ibadətini vacib edib: "Bu barədə "Qurani-Kərim"də açıq-aşkar bildirilib. Eyni zamanda Məhəmməd Peyğəmbərin dövründən başlayaraq indiyə qədər əməli ənənə ilə bizə gəlib çatıb. İstəyənlər "Qurani-Kərim"ə baxa bilərlər. Nəinki həccin vacib olduğu deyilir, həmçinin həccin ayrı-ayrı ayinlərinə də işarə olunur. Həcc bütün müsəlmanlara aid olan kollektiv ibadəti ifadə edir. Məkkədə yerləşən Kəbəni həcc etmək Allahın çağırışına əməli surətdə hay vermək mənasına gəlir. Bir müsəlman həccə getməzdən əvvəl borclarını ödəməli, zəkatını verməli, əmanətləri geri qaytarmalıdır. Himayəsində olanların həccdə olacağı müddət ərzində dolanışığını təmin etməlidir. Həmçinin onun səfər xərclərinə və qurban kəsməyə yetəcək qədər kapitalı olmalıdır. Borc pulla həccə getmək icazəli deyil. Allah bizə bunu əmr etmir. Ümumiyyətlə, həcc pulla edilən ibadət deyil, amma səfərlə əlaqəli, günlərlə davam edən ayinlərdən ibarət olduğu üçün istər-istəməz həcci yerinə yetirən şəxslərdən maddi baxımdan imkanlı olmağı tələb edir. Buna görə də bəzən elə başa düşülür ki, həcc pulla edilir. Xeyr. Həcc qiymətlərinə gəlincə, Məhəmməd Peyğəmbərin dövründə də, ondan sonrakı vaxtlarda da, elə indi də imkanı çatan insanlar həcc ibadəti üçün Məkkəyə səfər edirlər. "Qurani-Kərim" də açıq şəkildə deyir ki, kimin maddi, fiziki imkanı çatırsa, həccə getsin. Həcc Məkkəyə getməyi, orada qalmağı, qidalanmağı tələb edən ibadət olduğu üçün şərtlərinə bütün bunlar daxildir".

 
E.Məmmədov bildirib ki, İslamda həcc ibadətinin olmadığı iddiası "Qurani-Kərim"in konkret ayələri ilə, Məhəmməd Peyğəmbərin təcrübəsi ilə bizə gəlib çatan əməli ənənə ilə ziddiyyət təşkil edir: ""Ali-İmran" surəsinin 97-ci ayəsində çox aydın şəkildə göstərilir ki, orada aydın nişanələr, İbrahim Peyğəmbərin məqamı vardır, ora daxil olan şəxs əmin-amanlıqdadır. Gücü çatan hər kəsin Həccə gedib, Kəbəni ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bu borcu inkar edərsə, özünə zülm etmiş olar. Yaxud "Həcc" surəsinin 27-ci ayəsində Allah İbrahim Peyğəmbərə buyurur ki, insanları həccə çağır. Onlar sənin yanına piyada və dəvələr üstündə gəlsinlər. Həmin surənin 32-ci ayəsində isə Allah buyurur ki, ey insanlar, sizə əmr etdiyim budur və hər kəs Allahın mərasiminə, yəni həcc əməllərinə hörmət etsə, şübhəsiz ki, bu, qəlblərin təqavasındandır. Göründüyü kimi, "Qurani-Kərim"də aşkar şəkildə həcc ayələri var. Məhəmməd Peyğəmbər öz səhabələrinə - müsəlmanlara bunu öyrədib. Nəhayət, həcc ibadəti Məhəmməd Peyğəmbərdən bizə olduğu kimi təkrarlanaraq gəlib çatıb".

 
E.Məmmədov E.Mirinin Kəbənin adi daşdan tikilməsi iddiasına da cavab verib: "Əlbəttə, bu da Kəbənin üstün simvolik məqamı ilə ziddiyyət təşkil edir. Çünki İslam ənənəsində açıq şəkildə göstərilir ki, Allaha şükr etmək məqsədilə İbrahim Peyğəmbər və oğlu İsmayıl Kəbəni tikiblər. Yalnız Allaha ibadət olunsun deyə onu "Allahın evi" adlandırıblar. Bu mənada Kəbə vəhdaniyyəti, monoteizmi ifadə edən tikilidir. Həcc ibadəti isə bir müsəlmanın nəzərində tövhidin, tək allahlığın əhəmiyyətini göstərən ibadətdir. Müsəlman həccə getməklə İbrahim Peyğəmbərin təkallahlıq təlimini təsdiqləmiş olur".

 
Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://pravda.az
archiveBu xəbər 23 Yanvar 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see200

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see162

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see138

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see128

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see120

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see119

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see115

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri