Icma.az
close
up
RU
İlan sancan şəxsi yerindən tərpətmək olmaz! Ekspertdən mühüm tövsiyələr

İlan sancan şəxsi yerindən tərpətmək olmaz! Ekspertdən mühüm tövsiyələr

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkəmizdə ilan hücumlarının sayı artıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutundan məlumat verilib.

Məlumdur ki, havaların istiləşməsi ilan sancmalarının artmasına səbəb olan əsas amildir. Yay mövsümündə xüsusilə regionlarda yaşayan əhali ilanların hücumuna məruz qalır. Belə hallarda müəyyən təhlükəsizlik tədbirlərinin görülməsi vacib şərtdir. Bəs bu tədbirlər nədən ibarət olmalıdır?

Sualımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Elmar Nurəliyev Sherg.az-a bildirib ki, ilan sancan şəxsi yerindən tərpətmək olmaz:

"Yay mövsümünün gəlməsi ilə əlaqədar havaların istiləşməsi ilanların da aktivləşməsinə səbəb olur və ilan sancması hallarına rast gəlinir. İlanlar əsasən isti yerlərdə daha çox olur. Onlar özlərinə təhlükə hiss etdikdə hücuma keçir. Digər ilan növlərinin o qədər qorxusu olmasa da, zəhərli ilan olan gürzələr çox təhlükəlidir. Azərbaycanda gürzələrin 7 növü var və hamısı zəhərlidir. Onların insana hücumu olduqca təhlükəlidir.

İlan sancan insanda tərləmə, ürəkbulanma, qusma olur, nəfəsalma çətinləşir, tənəffüs və ürək döyüntüləri azalır, huşu itir və şok vəziyyətinə düşür. İlan sancan hissə əl yaxud ayaq göyərir, şişir və qızarır”.

Ekspert bildirib ki, ümumiyyətlə ilan sancması zamanı onun zəhərli olub-olmadığını bilmək üçün ilan sancan dəridə 2 deşiyin olması onun zəhərli olmasından xəbər verir:

"Zəhərli ilanlar dişlərinin içərisində olan kanaldan zəhəri sancdığı yerə buraxır. Ona görə ilk öncə sancan ilanın zəhərli olub-olmamasını müəyyənləşdirib sonra ilk tibbi yardım göstərmək lazımdır.

İlan sancan şəxsi uzanıqlı, ayaqlarlı yuxarı vəziyyətdə saxlamaq lazımdır. İlanın sancdığı hissəni (əl, ayaq) tərpətməyib və düz qalması üçün şina ilə sarıyıb, yaranı bacardıqca sıxıb oradan bir neçə damcı da olsa qan çıxarmaq gərəkir.

Şəraitdən asılı olaraq yaranı çoxlu su ilə yumaq lazımdır. Daha sonra yaranı yod ilə dezinfeksiya etmək və sarğı qoymaq vacibdir. Sarğının üzərinə soyuq kompress, buz və onlar da olmazsa soyuq suyu bir sellofan pakete doldurub sarğının üzərindən qoymaq olar. Bunlara bərabər həmin hissənin hərəkətsiz qalması təmin edilməlidir. Yaralanan yer hərəkət edərsə qan dövranı sürətlənər və zəhər bədənə tez yayılar ki, bu da insan həyatı üçün təhlükə yaradar.

İlk tibbi yardımı göstərməklə bərabər təxirə salınmadan təcili tibbi yardım briqadasını çağırmaq lazımdır. Yayda evlərdə və əsasən istirahət məkanlarında, bağlarda kotejlərdə insanlar istirahət edərkən pəncərəni açıq saxlayır. Açıq pəncərədə qoruyucu torun olması mütləqdir. Daha sonra evlərin ətrafını otlardan , kol-koslardan təmiz saxlamaq, lazımsız əşyaları , avadanlıqları ortalıqdan götürmək mütləqdir. Bu ilanlar üçün gizlənməyə əlverişli yerlərdir.

Siz o əşyaları yerindən tərpədəndə ilana toxuna bilərsiz və ilan sizə hücum edər. Yaxşı olar ki iş yerlərində, bağlarda, istirahət məkanlarında ilanlara qarşı dərmanlardan istifadə edilərək qabaqlayıcı tədbirlər görülsün.

Heç bir halda ilan sancan yeri kəsmək, ülgüc ilə çərtmək, od ilə yandırmaq, ağız ilə sorub zəhəri çıxarmaq, ilan sancan hissədə yuxarı yeri elə bərk bağlamaq kimi qeyri-ciddi yardım növlərindən istifadə etməmək lazımdır”.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri