Icma.az
close
up
RU
İlbizlərin məhsuldarlığa təsiri alimləri narahat edib

İlbizlərin məhsuldarlığa təsiri alimləri narahat edib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 26 sentyabr, AZƏRTAC

İlbizlər bağbanların əsl qorxusu, kənd təsərrüfatı üçün ciddi təhlükədir. Onlar əkinləri məhv edir və buğda kimi əsas məhsulların məhsuldarlığını azaldırlar. Lakin onların davranışına dair yeni araşdırmalar daha dəqiq və ekoloji cəhətdən təhlükəsiz mübarizə üsullarına ümid yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Conversation” portalı məlumat yayıb.

Zərərvericilərə qarşı mübarizənin əsas çətinliyi ondadır ki, ilbizlər torpağın dərinliklərində, daşların və otların altında gizlənərək əlverişsiz hava şəraitindən yan keçə bilirlər. Kimyəvi preparatlar isə yalnız səthdə olan fərdlərə təsir edir. Metaldehid kimi bir çox təsirli zəhərlər ekologiyaya təhlükə yaratdığı üçün qadağan olunub. Nematodlar (ilbizləri yoluxduran mikroskopik qurdlar) kimi bioloji vasitələr isə hələlik sənaye miqyasında tətbiq üçün çox bahalıdır.

Alimlər müşahidə ediblər ki, ilbizlər tarlalarda bərabər paylanmır, sıx “ləkələr” əmələ gətirir, geniş sahələri isə demək olar ki, toxunulmaz saxlayırlar. Son illərin tədqiqatları göstərib ki, bu ocaqlar ( “ləkələr”) sabit qalır və mövsüm boyunca dəyişmir.

Bu kəşf mübarizə metodlarını dəyişə bilər. Bu zonaları öncədən müəyyənləşdirmək mümkün olsa, fermerlər yalnız həmin sahələri emal edə bilər. Nəticədə pestisidlərə 50 faizədək qənaət olunacaq və ətraf mühitə düşən yük azalacaq.

“Ləkələrin” necə formalaşdığını anlamaq üçün tədqiqatçılar hətta ilbizlərin üzərinə miniatür radioişarələr yerləşdiriblər. Müşahidələr göstərib ki, qrup halında onlar tək olduqları vaxtdan fərqli davranır, daha kəskin dönüşlər edirlər, tez-tez dayanırlar və daha uzun müddət dincəlirlər.

Bu məlumatlar əsasında populyasiyanın rəqəmsal modeli yaradılıb. Bu model real sahə şəraitində mümkün olmayan ssenariləri öyrənməyə imkan verir.

Alimlər bildirirlər ki, ilbizləri sevsək də, sevməsək də, məhsulları qorumaq və kənd təsərrüfatının davamlılığını artırmaq istəyiriksə, onları öyrənmək vacibdir. Zərərvericilərin davranışı barədə yeni biliklər daha dəqiq, ucuz və təhlükəsiz mühafizə strategiyalarının əsasını qoya bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:27
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 07:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see136

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see135

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see131

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see127

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see127

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see124

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see124

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

“Bayrağımız müstəqilliyimizin, qürurumuzun və varlığımızın simvoludur” SORĞU

10 Noyabr 2025 14:34see120

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri