Icma.az
close
up
RU
Antarktidadakı qaz emissiyaları alimləri narahat edib

Antarktidadakı qaz emissiyaları alimləri narahat edib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 oktyabr, AZƏRTAC

Alimlər Antarktida sahillərində onlarla yeni sualtı qaz mənbəyini qeydə alıblar. Bu hadisə əvvəllər son dərəcə nadir müşahidə olunan təbiət hadisəsi hesab edilirdi. AZƏRTAC-ın verdiyi xəbərə görə, “Nature Communications Earth & Environment” (NCE&E) jurnalında dərc olunan elmi məqalədə bildirilir ki, Ross dənizinin sahilyanı zonasının dibindən metan qabarcıqları və digər flüidlər (mayelər və qaz qarışıqları) səthə çıxır.

Elmi ədəbiyyatda “sip” adlandırılan bu sahələr onilliklər ərzində mütəmadi tədqiq edilən, lakin indiyədək aktivlik əlamətləri göstərməyən bölgələrdə formalaşıb. Tədqiqatçılar sipləri 5 metrdən 240 metrədək dərinliklərdə aşkar ediblər.

Qazın çıxış yerlərində ağ mikrob örtükləri (mikrobial matlar) yaranıb, buz təbəqəsinin altında isə metan qabarcıqları toplanır. Alimlərin qeyd etdiyinə görə, bu qabarcıqlar qısa müddətdə atmosferə daxil ola bilər. Bəzi ərazilərdə dəniz orqanizmlərinin yaşaya bilmədiyi “ölü zonalar” müəyyən edilib, bu isə qaz emissiyasının artıq yerli ekosistemə təsir göstərdiyini göstərir.

Mütəxəssislər hesab edirlər ki, yeni siplərin yaranması iqlim istiləşməsi və buzlaqların əriməsi ilə bağlı ola bilər. Buz kütlələrinin həcmi azaldıqca, dəniz dibindəki qaz yataqlarına olan hidrostatik təzyiq aşağı düşür, nəticədə onların hermetikliyi pozulur və qlobal istiləşməni gücləndirən güclü istixana qazı olan metan atmosferə çıxır.

Tədqiqat müəlliflərinin fikrincə, bu kəşf qütb regionlarında qaz mübadiləsi prosesləri barədə mövcud elmi təsəvvürləri dəyişir və beynəlxalq səviyyədə təcili monitorinqin aparılmasını zəruri edir.

Alimlər xəbərdarlıq edirlər ki, əgər bu proses geniş miqyas alsa, təhlükəli “əks effekt” mexanizmini işə sala bilər, yəni buzlaqların əriməsi metan emissiyasını sürətləndirər, metan isə öz növbəsində qlobal istiləşməni daha da gücləndirər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri