Icma.az
close
up
RU
İldə bir gün avtomobilindən imtina et, dünyanı qoru

İldə bir gün avtomobilindən imtina et, dünyanı qoru

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Təhlükəli iqlim fəlakətlərindən sığortalanmaq ümidi insaları fərqli tədbirlər görməyə sövq edir. Gələcək onilliklərdə qalıq yanacaq istehlakının azaldılması, karbon emissiyalarının təbiətə zərər vurması barədə məlumatlılıqartıq qlobal səviyyədə artır.

Hər il sentyabrın 22-də keçirilən Ümumdünya Avtomobilsiz Gün qlobal karbon emissiyalarının əhəmiyyətli bir hissəsini təşkil edən motorlu nəqliyyat vasitələrinin mənfi təsirlərinə diqqəti cəlb etmək məqsədi daşıyır və insanları heç olmasa ildə bir gün avtomobil idarə etməkdən çəkinməyə təşviq edir. Bu günün qeyd edilməsindəki əsas məqsəd avtomobilsiz şəhərlərin daha sağlam və davamlı olduğuna diqqət çəkməkdir. Xüsusilə şəhər əhalisinin artması bu istehlakda əhəmiyyətli rol oynayır, eyni zamanda motorlu nəqliyyat vasitələri karbon emissiyalarına əhəmiyyətli dərəcədə "töhfə" verir.

1950-ci illərin sonlarında bu məsələyə diqqəti artırmaq üçün Hollandiya və Belçikada "avtomobilsiz bazar günləri" keçirilməyə başladı. O vaxtdan bəri müxtəlif təşkilatlar müxtəlif şəhər və ölkələrdə vaxtaşırı avtomobilsiz etiraz aksiyaları təşkil ediblər. 2000-ci ildə avtomobildən istifadənin azaldılması və dayanıqlı nəqliyyat həlləri haqqında məlumatlılığın artırılması məqsədi daşıyan Carbusters hərəkatı "Ümumdünya Avtomobilsiz Günü"nün əsasını qoydu. Günün məqsədi avtomobil emissiyalarının havanın keyfiyyətinə və iqlim dəyişikliyinə mənfi təsirini vurğulamaq və bir gün ərzində maşın istifadə etməkdən çəkindirməklə insanları avtomobillərdən mümkün qədər az istifadə etməyə təşviq etməkdir.

Hər il 4 milyondan çox insan havanın çirklənməsi ilə bağlı səbəblərdən ölür. Avtomobilsiz həyat tərzini və davamlı şəhərsalmanı dəstəkləmək üçün dünya miqyasında müxtəlif layihələr və kampaniyalar həyata keçirən bir təşkilat olan Avtomobilsiz Şəhərlər Koalisiyası avtomobillərin emalı və istismarı üçün əhəmiyyətli maliyyə xərclərini, üstəlik təbiətə bu prosesdə vurulan zərərləri vurğulayır. motorlu nəqliyyat vasitələrinin sağlamlıq, ətraf mühit, iqlim və sosial birlik baxımından zərərli təsirləri və xərcləri barədə müəmadi təbliğatlar aparır.

Avtomobillər təkcə ən populyar və rahat nəqliyyat vasitələrindən biri deyil, həm də əhəmiyyətli dərəcədə ekoloji çirklənmə mənbəyidir. Avtomobil emissiyaları dörd əsas hava çirkləndiricisindən ibarətdir: hissəciklər, azot oksidləri, karbohidrogenlər və dəm qazı. Bu çirkləndiricilər ağciyər və ürək-damar xəstəliklərinə və ölüm hallarının artmasına səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, havanın çirklənməsi hər il birbaşa və ya dolayı yolla təxminən 4,2 milyon insanın ölümünə səbəb olur.

Nəqliyyat həm də karbon emissiyalarını sürətlə artıran mənbədir. Qlobal nəqliyyat emissiyaları 1970-ci ildən bəri iki dəfədən çox artıb və bu artımın təxminən 80%-ni yol nəqliyyat vasitələri təşkil edir. Qlobal elektrik avtomobil satışlarının artmasına baxmayaraq, bu gün yolda olan avtomobillərin böyük əksəriyyəti hələ də atmosferə CO2 buraxan daxili yanma mühərriklərinə malikdir. 2000-ci ildən 2022-ci ilə qədər olan məlumatlara görə, qlobal nəqliyyat emissiyalarının 3,2% artaraq 2022-ci ilə qədər demək olar ki, 8 milyard metrik ton karbon qazına çatacağı proqnozlaşdırılır. Qlobal nəqliyyat emissiyaları da 2000-2022-ci illər arasında demək olar ki, 40% artıb və hazırda qlobal CO2 emissiyasının təxminən 20%-ni təşkil edir. Bu da təqribən 6 milyard ton CO₂ deməkdir. eyd edək ki, ümumi illik 36–40 milyard ton qlobal emissiyadan söhbət gedir.

Son məlumatalara görə dünyada istismar edilən - qeydiyyatdan keçmiş və hazırda istifadə olunan avtomobillərin sayı təxminən 1.6 milyard ədəd civarındadır. Bir avtomobil üçün orta hesabla 1 litr benzin yandıqda ~2.3 kq CO₂ çıxır. Orta bir minik avtomobili ildə təqribən 12–15 min km yol qət edir və təxminən 2–4 ton CO₂ buraxır. Yəni dünyada hazırda istismar olunan 1.6 milyard avtomobil birlikdə ildə təqribən 3.5–5.5 milyard ton CO₂ havaya buraxır.

Maraqlıdır, hər il bu qədər qazın atmosferə buraxılması nələrə səbəb olur? Qlobal təsirləri sıralasaq, iqlim dəyişikliyi və istiləşmədə əsas təsirlərdən biri CO₂-dir. Onun artması Yer kürəsində orta temperaturu yüksəldir, nəticədə qütb buzlaqları əriyir, dəniz səviyyəsi qalxır.

Ekstremal hava hadisələri baş verir, dünyada daha çox qasırğa, quraqlıq, sel və istilik dalğaları müşahidə olunur. Okean sularının turşuluğunun artması baş verir, CO₂ okean sularına qarışıb dəniz canlılarının ekosistemini pozur.

Lokal təsirlərdən bəhs etsək, avtomobillərin sayının artması hava çirklənməsinin əsas səbəblərindən biridir, azot oksidləri (NOx), karbonmonoksid (CO), hissəciklər (PM2.5) insan sağlamlığına bir çox zərərli təsir göstərir. Astma, ürək-damar xəstəlikləri, ağciyər xərçəngi, allergiyalar bu səbəbdən artır. ÜST-ə görə hər il milyonlarla insan məhz avtomobil çirkliliyinin yaratdığı müxtəlif xəsəliklərdən dünyasını dəyişir.

Avtomobil çox olan böyük şəhərlərdə dumanlı, zəhərli hava təbəqəsi yaranır, görmə məsafəsi azalır, nəfəs almaq çətinləşir. Daha çox avtomobil daha çox meşənin, torpaq və su hövzələrinin zərərli qazları mənimsəməsi deməkdir. Bu səbbədən də heyvanların yaşayış mühiti daralır, biomüxtəliflik azalır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri