İldırım hakimi və futbolçuları vurdu: Bir nəfər öldü
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Malayziyada keçirilən yoldaşlıq futbol oyunu zamanı ildırım vurması faciə ilə nəticələnib. Hadisə nəticəsində futbolçulardan biri həyatını itirib.
BAKU.WS xəbər verir ki, insident "Veteran FC" ilə "Tanjung Minyak FC" komandaları arasında keçirilən qarşılaşma zamanı baş verib.
Məlumata görə, oyunun başlamasından təxminən 10 dəqiqə sonra hava şəraiti qəfil pisləşib, əvvəlcə yağış yağıb, ardınca isə güclü ildırım çaxıb. İldırımın təsirindən matçın hakimi və iki futbolçu huşunu itirərək yerə yıxılıb.
Təcili tibbi müdaxiləyə baxmayaraq, futbolçulardan birinin həyatını xilas etmək mümkün olmayıb. Digər zərərçəkənlərin vəziyyəti barədə isə ətraflı məlumat açıqlanmayıb.
Hadisədən sonra Malayziya Futbol Assosiasiyasının rəhbərliyi təşkilatçılara hava şəraiti təhlükə yaratdığı hallarda oyunların dayandırılması və ya təxirə salınması ilə bağlı tərəddüd etməməyə çağırıb.
Qeyd edək ki, ildırım vurması nəticəsində idmançıların həlak olması halları daha əvvəl də qeydə alınıb. Belə ki, 2025-ci ilin iyununda norveçli sərbəst xizəkçi Audun Qrenvold da ildırım zərbəsi nəticəsində vəfat etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 07 İyul 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















