Icma.az
close
up
RU
“İldırım sürətli” antiterror tədbirləri öz real nəticəsini verdi”

“İldırım sürətli” antiterror tədbirləri öz real nəticəsini verdi”

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, mədəniyyət beşiyimiz Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdi. Hərbi əməliyyatlar 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli Bəyanatla dayandırılmışdı.

Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana sülh çağırışları etsə də, Ermənistan tərəfi danışıqlardan boyun qaçırır, şərti sərhəddə və suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılsa da, danışıqlar bölgədə vaxtaşırı baş verən silahlı toqquşmalarla müşayiət olunurdu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş verdi. Müharibədən sonra ən qanlı toqquşma isə 2022-ci ilin sentyabrında şərti sərhəd bölgəsində baş verdi. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistanın qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may aylarında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu.

Elə o zaman Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti təşkilatları və ekologiya fəalları Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və təbii sərvətlərin Ermənistana daşınmasına qarşı Şuşa-Laçın yolunda davamlı etiraz aksiyasına başladı.

2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” nəzarət-buraxılış məntəqəsinin qurulduğunu elan etdi. Bu nəzarət məntəqəsi Ermənistandan Azərbaycan ərazisinə qeyri-qanuni olaraq hərbiləşdirilmiş canlı qüvvə, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə açılmışdı. Həmin zaman Azərbaycanın Qarabağ bölgəsində hələ də sayı 10 mindən artıq olan qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.

Ermənistan Qarabağ ərazisində yaratdığı qanunsuz separatçı rejimi maliyyələşdirməkdə davam edirdi. Xarici havadarların dəstəyinə arxalanan Ermənistan rəhbərliyi humanitar məqsədli “Laçın” dəhlizi vasitəsilə silah-sursatların və canlı hərbi qüvvənin daşınmasını həyata keçirirdi. Bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə zidd addımlar idi və bu təxribatlar ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin gözləri önündə, bəzi hallarda isə hətta birbaşa onların müşayiəti altında baş verirdi.

Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.

Sentyabrın 19-u səhər saatlarında Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə Silahlı Qüvvələrimizin təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması ordumuzu hərəkətə keçirdi. Ordumuz Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı.

Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xəttində və dərinliklərdə olan mövqelərini, atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, bütün qanunsuz hərbi obyektləri və infrastrukturu hədəfə alaraq sıradan çıxardı. Sentyabrın 20-də cəmi 23 saat 43 dəqiqə ərzində yekunlaşan “ildırım sürətli” antiterror tədbirləri öz real nəticəsini verdi.

Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq təslim oldular. Antiterror tədbirlərindən əvvəl reinteqrasiya proseslərinə qoşulmaqdan imtina edən separatçılar yaranmış vəziyyəti müzakirə etmək üçün Yevlax şəhərində Azərbaycan hakimiyyət nümayəndələri ilə görüşə gəldilər. Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. Sentyabrın 28-də separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.

Beləliklə, Qarabağda yaradılmış qeyri-qanuni xunta rejimi ləğv edildi, işğal dövründə separatçılara rəhbərlik etmiş cinayətkarlar isə həbs edilərək Bakıya gətirildilər. Ermənistan hakimiyyəti və separatçılar Qarabağın həm de-yure, həm də de-fakto Azərbaycan torpağı olduğunu etiraf etdilər.

Beləliklə, sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirləri düşmən üzərində tam və qəti Qələbəmizi təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.

Milli Məclisin deputatı Cavanşir Feyziyev 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see293

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see275

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see268

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see252

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see250

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see219

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see211

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see205

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see204

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see196

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see186

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see186

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see185

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see183

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see180

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see178

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see175

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see167

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see163

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri