Icma.az
close
up
RU
İlduzə Əliyeva: “ Elə bildim ki, oğlumun tarı erməniyə qalsa, günaha bataram”

İlduzə Əliyeva: “ Elə bildim ki, oğlumun tarı erməniyə qalsa, günaha bataram”

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qarabağın bəzəyi olan Şuşada müəllimə işləyəndə ağlına da gəlməzdi ki, bir gün bu doğma torpağı ilə ayrılığından şeirlər yazacaq.  Şuşa işğal olunanda İlduzə Əliyeva təkcə vətənindən deyil, öz fidanlarından da ayrı düşdü.  O, təkcə yurd həsrəti  çəkmirdi, həm də hər gün bağrına basdığı şagirdləri üçün darıxırdı.
 

Bu ömür yolunda həyatı eniş-yoxuşlarla dolu olan İlduzə müəllimə ilə Şuşalı günlərindən danışdıq…
 

-Təxminən ömrünüzün 40 ildən çoxunu Şuşada yaşamısınız. Doğma yurdunuzda müəllimə işləmisiniz. Pedaqoji fəaliyyətiniz dövründə hansı hadisəni heç unutmamısınız?
 

-Hələ ondan Şuşalı günlərimiz idi. Daha doğrusu Şuşanın mənfur ermənilər tərəfindən yaralanmadığı günlər idi.  Bakıda  əməliyyat olunmuşdum. Şuşaya qayıdandan 2-3 gün sonra gördüm ki,  şagirdlərim hamısı əlində bir dəstə çiçək qapımda dayanmışdılar. Məni görən kimi hamısı üstümə yüyürdülər. O günü heç unuda bilmirəm. Həmin balalarımdan ayrı düşdüm.  Bu mənim üçün ən böyük dərd oldu. Axı onlar mənə öz övladlarım qədər doğma idilər…
 

 -Şuşadan çıxdığınız günü necə xatırlayırsınız?
 

-Həmin günü  bu gün kimi xatırlayıram. Hər kəs bir şey götürürdü.  Şuşanın işğalının son günləri idi. İnsanlar  bilmirdi özlərin qorusunlar, yoxsa mülklərinə sahib çıxsınlar. Çətin zaman idi. Kimin gücü nəyə çatırdısa,  onu da götürürdü.  Amma mən oğlumun tarını bağrıma basdım.  Elə bildim ki, tar erməniyə qalsa, mən böyük bir günaha bataram.  Gözlərimdən yaş axa- axa Şuşadan çıxırdım. Daha doğrusu çıxmağa məcbur idim. Mənfur ermənilər  cənnət Şuşanı talan etmişdilər.
 

-Şeirlər yazırsınız. Daha çox vətəni vəsf edirsiniz. Şuşa işğal altında olanda ondan yazmaq çətin deyildi?
 

- Həmin günlərin öz ağrıları var idi. Məni bu barədə ancaq o torpaqda  doğulub- böyüyən  insanlar  anlaya bilərdilər.  Yazdığım şeirlər yalnız Şuşaya- doğma yurudma  həsrətimin  sözlə ifadəsi idi.
 

-Şanlı zəfərimizdən sonra doğma yurdunuza getdiniz. Hansı hisləri keçirdiniz?
 

- Şuşa iğaldan azad olunandan sonra  doğma yurduma getdim , o zaman ürəyimdən bir hiss keçdi.  Şuşa ilə bağlı ən gözəl şeirlərimi oxudum. Torpağı qucaqladım.
Elə bilirdim ki, dünya-aləm mənimdir. Sanki həyata yenicə gəlmişdim. İnsan öz yurdunda ancaq uşaqlaşa bilir… Körpə uşaq kimi idim, kövrək, səssiz….
 

-Deyirsiniz ki, “Fələk, evin yıxılsın, Belə çəkmə sınağa.”
 

Deyəsən bu 28 il sizin üçün heç də asan keçməyib...
 

- Bəli, fələyin sınağı çox ağır oldu.  Deyərdim ki, qəriblik ağır sınaqdır, taleyin ən ağır dərdidir.  Arzulayıram ki, o  dəhşət dolu illəri heç kəs yaşamasın.
 

- Dərdi nədir buludun? Yağış olub ağlayır. Sizcə insanlar da bulud kimdir? Hər dərdə ağlamaq olur?
 

- Bəli, insanlar da bulud kimi ağlaya bilir.  Buludlara baxırdım, elə bilirdim mənəm ağlayan. Təsəvvür edin, insan doğulduğu, böyüdüyü,  ömrünün  bir hissəsini yaşadığı yurdundan məcbur çıxarılır. Bundan böyük dərd ola bilərmi? Əlbəttə, yox. Bu gün çox şükür olsun ki,  Qarabağ işğaldan azaddır. Şəhidlərimizin qanı yerdə qalmadı.  Biz Qarabağlı- Şuşalı günlərimizi şəhidlərimizə, qazilərimizə borcluyuq.
 

 -Ömrünüzün 44 ilini müəllimlik peşəsinə həsr etmisiniz. Bu peşədən mənəvi qazancınız nə olub?
 

-Müəllimlik peşəsindən ən böyük qazancım,  indi həkim, hüquqşünas,  müəllim, ifaçı olan  şagirdlərimdir. . Küçədə, yolda məni görüb  qarşıma gələn  şagirdlərimi o qədər çox istəyirəm ki, onlar mənim bəhrələrimdir. Onlarla fəxr edirəm.  Bir müəllim üçün bundan böyük qazanc ola bilərmi? Əlbəttə, yox.
Əntiqə Kərimzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Yanvar 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri