İlham Əliyev: Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq...
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ və Ermənistan liderləri ilə birgə bəyanatla çıxış edərkən deyib.
“Bu, Azərbaycan üçün tarixi nailiyyətdir”, - o əlavə edib.
Dövlət başçısının sözlərinə görə, dünyanın ən böyük ölkəsi ilə strateji tərəfdaşlıq formatında əməkdaşlıq böyük imkan olmaqla yanaşı, çox böyük məsuliyyətdir.
“Bu strateji tərəfdaşlıq formatı bir çox mühüm sahələri əhatə edir: qarşılıqlı sərmayələr, ticarət, enerji, rabitə, tranzit, süni intellekt, müdafiə təyinatlı məhsulların satışı, terrorizmlə mübarizə. Bütün bu sahələrdə əməkdaşlığımız var idi və ümid edirəm ki, gələcəkdə də çox fəal əməkdaşlıq edəcəyik”, - Azərbaycan Prezidenti qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 09 Avqust 2025 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















