Icma.az
close
up
RU
“İlham Əliyev bizim olsaydı…” Arestoviç nəyi qəsd etdi?

“İlham Əliyev bizim olsaydı…” Arestoviç nəyi qəsd etdi?

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

II Dünya müharibəsindən sonra qurulan, Soyuq müharibənin bitməsi ilə yenidən formalaşan dünya nizamının tranformasiyaya uğradığı, beynəlxalq münasibətlər sisteminin çətin sınaq qarşısında qaldığı müşahidə edilir. Ukrayna ətrafında baş verənlər – bir ölkənin ərazi bütövlüyünün və suverenliyinin geosiyasi bazarlığa çıxarıldığı vəziyyət bunun real örnəyidir və belə görünür ki, Trampın Ağ Evə qayıdışından sonra qlobal nizam xaos mərhələsinə qədəm qoyub. Hərçənd, Ukraynada müharibənin başlandığı 3 il öncəki proseslərə diqqət etdikdə bugün baş verənlərin təməlinin Bayden administrasiyası zamanı qoyulduğunu görmək mümkündür.

Rusiyanın Ukraynaya hücumu kollektiv Qərb tərəfindən qlobal güc kimi qəbul edilmək məqsədi daşıyırdı, lakin burada təkcə Moskvanın yox, Vaşinqtonun da maraqları vardı: ABŞ bu müharibə ilə mərkəzdən qaçan və Çinlə əməkdaşlığı genişləndirərək, “güc mərkəzi”nə çevrilmək istəyən Avropanı öz çətiri altına qaytarmağı, eyni zamanda, qlobal hakimliyinə rəqib kimi önə çıxan Pekinin qarşısını kəsməyi planlaşdırırdı.

Üç il davam edən müharibədə hər iki tərəf – ABŞ və Rusiya hədəflərinə, müəyyən qədər də olsa, nail oldular.

- Moskva Şərq cəbhəsində “əsas güc” olduğunu nümayiş etdirdi və bunun qəbul etdirilməsi istiqamətində irəliləyiş əldə etdi;

- Vaşinqton Qərb cəbhəsində Avropanın “güc mərkəzi”nə çevrilməsinin qarşısını aldı və öz nəzarətini gücləndirdi.

Müharibənin gedişində Ukraynanın geosiyasi hesablaşmada poliqon kimi istifadə edildiyi daha aydın görünürdü. Ukraynanı silahlandıran ABŞ və Avropa ölkələri bu silahlardan Rusiya ərazisində istifadə edilməsinə imkan vermir, o cümlədən, Kiyev üçün həyati əhəmiyyət kəsb edən hava hücumundan müdafiə sistemlərini göndərmirdi. Ukraynaya silahlar faktiki olaraq, qalib gəlməsi üçün yox, müharibəni davam etdirmək üçün verilirdi.

Nəticə göz önündədir. Yüz minlərlə qurban, milyonlarla qaçqın, dağılmış infrastruktur, qaranlıq gələcək.

Və ən dəhşətlisi odur ki, üç illik müharibədən sonra bu müddətdə geosiyasi məqsədləri naminə Ukraynanı poliqona çevirənlər indi onun təslim olmasını istəyirlər. Rəsmi Kiyev olmadan danışıqlar aparan ABŞ və Rusiya müharibənin bitməsini müzakirə edir və hər iki tərəfin Ukraynadan almaq istədikləri var.

- Rusiya 2014-cü ildəki sərhədlərin (Krım və Donbasın bir hissəsi) qəbul edilməsini, eləcə də müharibədə zəbt etdiyi ərazilər üzərində nəzarətin tanınmasını istəyir;

- ABŞ müharibə dövründə verdiyi yardımların qarşılığında Ukraynanın faydalı qazıntılarından – neft və qaz, eləcə də infrastrukturu da daxil olmaqla - strateji əhəmiyyətli sərvətlərindən əldə olunan gəlirlərin ən azı 50 faizini tələb edir;

Faktiki olaraq, iki oyunçudan biri – Rusiya - Ukraynanın ərazisini, digəri – ABŞ - sərvətlərini istəyir. Əslində müharibənin başlanmasında geosiyasi hədəflərin bu olduğu aydın görünürdü: qlobal güc kimi qəbul edilməyə çalışan Rusiyanın bu istəyi ABŞ tərəfindən təmin olunur; Avropanın “güc mərkəzinə” çevrilməsini istəməyən və Çinin önünü kəsməyi planlaşıran ABŞ hədəflərinə müəyyən qədər də olsa çatır; yekunda Ukraynadan daha qazanclı çıxmağın müzakirəsini aparırlar.

Ukrayna örnəyi bir neçə strateji faktoru yenidən aktuallaşdırdı:

1. Hər bir ölkə milli təhlükəsizliyini öz imkanları çərçivəsində təmin etməlidir;

2. Qlobal güclərin geosiyasi hesablaşmasında tərəf olmaq günün sonunda ölkənin məhv olmaq təhlükəsini də özü ilə gətirir;

3. Hər bir ölkə belə bir vəziyyətlə üzləşməmək üçün doğru siyasət izləməli və daim güclü olmalıdır.

“Belə vəziyyətə düşməmək üçün İlham Əliyev olmağı bacarmaq lazımdır. Azərbaycan prezidenti öz xarici siyasətinə görə həqiqətən də postsovet məkanı üçün nümunədir. O, Qərbə heç bir zaman güvənmədi, Rusiya qarşısında isə balansı sona qədər qoruya bildi, lazım gələndə Rusiyaya qarşı da mövqe qoydu”.

Bunu Ukrayna ordusunun ehtiyatda olan polkovniki, Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.

Ukraynada Azərbaycan lideri İlham Əliyevi tez-tez nümunə göstərirlər. Haqlıdırlar, çünki təkcə postsovet məkanında yox, qlobal müstəvidə ölkəsinin geosiyasi toqquşmaların poliqonuna çevrilməsinə imkan verməyən, həm də bu toqquşmalardan maksimum yararlanaraq, milli maraqlarını qoruyan yeganə lider İlham Əliyevdir. Ukraynadan fərqli olaraq, Azərbaycan 30 il işğaldan əziyyət çəkdi və Qarabağ münaqişəsi dünyada yeganə məsələ idi ki, ABŞ və Rusiyanın timsalında qlobal oyunçular uzlaşma xəttindən çıxış edirdilər. Dünyanın müxtəlif coğrafiyalarında toqquşan tərəflər məhz Qarabağda ortaq mövqe sərgiləyir, Ermənistanın maraqlarını müdafiə edirdi. 2023-cü ilin 20 sentyabrında Xankəndidə suverenliyimizin bərpası ilə nəticələnən antiterror tədbirlərindən üç gün öncə - 17 sentyabrda ABŞ, Rusiya və Fransa nümayəndələrinin İstanbulda gizli toplantı keçirməsi, Azərbaycanın qarşısının alınmasının yollarını müzakirə etməsi də bunun örnəklərindən biridir. Halbuki həmin vaxt ABŞ və Rusiya Ukraynada toqquşurdu. Bütün bunlara rəğmən, İlham Əliyev Azərbaycana qarşı birləşən qlobal gücləri “oyundankənar vəziyyətə” salaraq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Buna görə dünyada “İlham Əliyev olmağı bacarmaq lazımdır” fenomeni yaranıb.

Ukraynada baş verənlər fonunda qlobal nizamın dağılması, meydana çıxan yeni geosiyasi şərtlər Azərbaycanın da qaşısında yeni çağırışlar qoyur. Bu, İlham Əliyevin yaratdığı güclü Azərbaycan fenomeninin qorunması naminə dövlət-xalq birliyinin möhkəmləndirilməsindən ibarətdir. Çünki dünyada qlobal anarxiya mərhələsi başlanır:

- II Dünya müharibəsindən sonra formalaşmış Avroatlantik məkanda daxili ziddiyyətlər yaranıb: ABŞ Avropanın maraqlarını nəzərə almır, Avropa Birliyinə üzv ölkələr arasında qarşıdurma genişlənir, “Köhnə qitə”də indiyə qədər təbliğ olunan dəyərlər arxa plana keçir;

- Beynəlxalq hüquq və bu hüququn təminatçısı rolunda çıxış edən institutlar sıradan çıxır: artıq BMT-nin təsir mexanizmləri mübahisə mövzusudur, ABŞ-ın dünyanın ali orqanından çıxmaq istiqamətində atdığı addımlar prosesi daha da sürətləndirir;

- Liberal dəyərlər yerini ultra-radikalizmə, liberal bazar iqtisadi müharibələrə verir;

- Dünyada “güclü olan haqlıdır” prinsipi artıq aksiomaya çevrilməkdədir.

Qlobal cəngəlliyi xatırladan geosiyasi vəziyyətdə dünya faktiki olaraq qeyri-müəyyən perspektivlərlə üzləşib. Bu mənzərə hər bir dövləti öz təhlükəsizliyini və maraqlarını qorumaq üçün güclü olmaq, öz gücünə arxalanmaq çağırışı ilə üz-üzə qoyub, o cümlədən, Azərbaycanı. Azərbaycan digər dövlətlərlərdə ən azı bir addım öndədir, çünki milli lider İlham Əliyev qlobal çağırışlara qarşı ölkənin immun sistemini daha öncədən gücləndirib və bu gün güclü Azərbaycan fenomeni beynəlxalq münasibətlər sistemində nümunə olaraq qəbul edilir. İndi dövlət və xalq olaraq, güclü Azərbaycan fenomenini qorumaq üçün daha sıx birləşmək, dövlət-xalq birliyini möhkəmləndirmək milli vəzifəmizdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Mart 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri