İlham Əliyev: Çinlə enerji əməkdaşlığı yeni müstəviyə keçib
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək hazırda yeni müstəviyə keçmişdir”.
Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda bildirib.
Dövlət başçısı Çinin aparıcı “Universal Energy” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində fəaliyyətini yüksək qiymətləndirib.
“Bu yaxınlarda şirkətin inşa etdiyi “Qobustan” Günəş Elektrik Stansiyasının açılışı Azərbaycan-Çin iqtisadi əlaqələrinin şaxələndirilməsinin növbəti nümunəsidir”, – Prezident qeyd edib.
İlham Əliyev Azərbaycan-Çin dostluq münasibətlərinin və hərtərəfli strateji tərəfdaşlığının birgə səylərlə daha da güclənəcəyinə əminliyini ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 01 Oktyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















