İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Prezident İlham Əliyev İrlandiyanın paytaxtı Dublində Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması ilə bağlı Baş nazir Rumen Radevə bir daha başsağlığı verdi.
Bolqarıstanın Baş naziri başsağlığına və ifadə olunmuş həmrəyliyə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı, dostluq və strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edildi.
Görüşdə enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilərək, bu istiqamətdə tərəfdaşlığı möhkəmləndirmək üçün yaxşı perspektivlərin olduğu vurğulandı, ölkələrimiz arasında elektrik enerjisi dəhlizi layihəsinin yaradılması, həmçinin bağlantılarla bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti və Bolqarıstanın Baş naziri müxtəlif sahələrdə əlaqələrimizin inkişafı ilə bağlı məsələləri müzakirə etdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 12 Noyabr 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















