Icma.az
close
up
RU
İlham Əliyev Əmək Məcəlləsinə dəyişikliyi təsdiqləyib

İlham Əliyev Əmək Məcəlləsinə dəyişikliyi təsdiqləyib

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin biliyi sertifikasiya imtahanı ilə yanaşı davamlı peşəkar inkişafı da (DPİ) qiymətləndiriləcək.
Reyting.az
xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
“Əhalinin sağlamlığının qorunması haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq səhiyyə mütəxəssislərinin sertifikasiyası keçirilir.
Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi məqsədinə nail olunması üçün tibb mütəxəssislərinin peşə bilik və bacarıqlarının imtahan vasitəsilə qiymətləndirilməsi ilə yanaşı dünyanın bir çox ölkələrində istifadə edilən Dünya Tibb Təhsili Federasiyasının standartları ilə hazırlanan davamlı peşəkar inkişafın (DPİ) tətbiqini zəruri edir.
Sertifikasiya şəhadətnaməsinin əldə edilməsi üçün tibb mütəxəssislərinin öz seçimlərindən asılı olaraq 5 ildə bir dəfə imtahanda iştirak etməsi və ya elmi, pedaqoji və digər tədris fəaliyyətləri ilə məşğul olmaqla davamlı peşəkar inkişafı həyata keçiriləcək.
Sertifikasiya şəhadətnaməsinin əldə edilməsi üçün DPİ-nin tətbiqinin aşağıdakı üstünlükləri var:
- tibb mütəxəssislərinin peşəkarlığının artırılmasına daha çevik və effektiv yanaşma təklif edir;
- tibb mütəxəssislərinin fəaliyyətinin bütün xüsusiyyətlərini (tədris, elmi, praktik, pedaqoji və s.) əhatə edir və peşəkarlığın yüksəldilməsi üçün müxtəlif üsullardan istifadəni nəzərdə tutur;
- tibb mütəxəssislərini yalnız ixtisasartırma kurslarında iştirakla məhdudlaşdırmayaraq onlara peşəkar inkişaf üçün daha geniş imkanlar yaradır və onları daim öz üzərində işləməyə motivasiya edir;
- tibb mütəxəssislərinin beynəlxalq peşəkar mühitə inteqrasiyasına şərait yaradır;
- tibb mütəxəssislərinə peşəkar inkişafını planlaşdırmaqda və onun qeydiyyatını aparmaqda kömək edir.
Bundan başqa, dövlət başçısının imzaladığı digər Fərmana əsasən, Səhiyyə Nazirliyi davamlı peşəkar inkişaf üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası qaydasını və davamlı peşəkar inkişaf fəaliyyətinin kredit ekvivalenti, həmin kreditlərin təsdiqlənməsi üçün lazım olan sənədləri və hesablanmasına dair tələbləri altı ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 İyul 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see340

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see267

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see267

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see257

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see256

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see249

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see240

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see237

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see229

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see229

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see228

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see222

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see214

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see212

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see211

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see210

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see191

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see189

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see180

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri