İlham Əliyev: Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır
Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Prezident İlham Əliyev ölkəmizin regional sülh gündəliyinə sadiq qaldığını, onu dəstəklədiyini vurğulayıb, sülh müqaviləsinin təşəbbüskarının Azərbaycan olduğunu xatırladıb.
Ölkəmizin otuz il ərzində Ermənistan tərəfindən işğala və hərbi təcavüzə məruz qaldığını, hazırda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini deyən dövlət başçısı bu münaqişənin Azərbaycan üçün artıq keçmişdə qaldığını bildirib.
Azərbaycan Prezidenti Ermənistanın militarizasiya və silah yarışı siyasətinin regional sülh və təhlükəsizliyə təhdid olduğunu vurğulayıb, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının vacibliyini qeyd edib.
Baxış sayı:105
Bu xəbər 17 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















