Icma.az
close
up
RU
İlham Əliyev İrəvanda keçirilən sammitə gedəcəkmi? “Bizi tənqid edənlər...”

İlham Əliyev İrəvanda keçirilən sammitə gedəcəkmi? “Bizi tənqid edənlər...”

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun "Yeni Sabah"a müsahibəsi:

- Avropa Siyasi Birliyinin 8-ci sammiti gələn il İrəvanda, 10-cu sammiti isə 2028-ci ildə Bakıda keçiriləcək. Sizcə, Azərbaycan rəsmiləri, ilk növbədə Prezident İrəvandakı, erməni rəsmiləri, o cümlədən baş nazir vəzifəsində qalcaqsa, Nikol Paşinyan Bakıdakı sammitə qatılacaqmı? Üstəlik, mümkün qarşılıqlı iştirak sülh prosesinə hansısa ciddi töfhə verə bilərmi?

- Fikrimcə, bu barədə indidən danışmaq tezdir. Çünki hələ yetərincə vaxt var. İştirak edib-etməmək mövzusu birbaşa onunla bağlıdır ki, tərəflər ümumiyyətlə, post-konflikt sülh prosesini hansı formada inkişaf edəcək.

Bu hamıya bəllidir və görürük ki, həllini gözləyən müxtəlif məsələlər var. Həm də qarşıda Ermənistanda ciddi siyasi proseslər gözlənilir, o cümlədən seçkilər və s. Bu baxımdan indiki mərhələdə Avropa Siyasi Birliyinin sammitlərində iştirak məsələsi ilə bağlı konkret nəsə söyəmək çox tezdir. 

- Belə bir rəy var ki, Azərbaycan qəsdən sülh müqavilənin imzalanmasını yubadır. Siz dəfələrlə bu iddianın əleyhinə çıxmısınız, demisiniz ki, bu belə deyil. Lakin əks fikirdə olanlar bildirir ki, Bakının bir sıra tələbləri sadəcə qıcıq oyatmaq üçündür. Hətta bu günlərdə siyasi qurum olmayan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İrəvan qaziliyini yaratması eyni məqsəd daşıyır. Bununla bağlı fikirləriniz necədir?

- Azərbaycan mövqeyi açıq şəkildə bəyan olunub: vaxtilə tarixi ərazilərimizdə yaşayan insanların qayıtması üçün şərait yaradılmalıdır. Eyni zamanda, Azərbaycan ermənilərin mümkün qayıdışı barəsində bəyənatlar verib və şərtlər səsləndirib. Yəni çağırış çox sadədir: vətəndaşlığı qəbul edən etnik ermənilər qayıdıb Azərbaycanda yaşaya bilərlər.

Bizim qanunlarımız var və bu qanunlara əsasən, ölkəmizdə yaşayanlar ya Azərbaycan vətəndaşlarıdır, ya da digər ölkələrin vətəndaşları. Amma Ermənistanda azərbaycanlılara qarşı isterik bəyənatlar səslənir. Hesab edirəm ki, bizi tənqid edənlər əvvəlcə bu məsələyə diqqət yetirsinlər. Ermənistan hay-küylü şəkildə reaksiyalar verir. Cənab Prezident demişkən, bu məsələdə top ermənilərin tərəfindədir.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 May 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri